İDMAN
28 AVQUST
1918-ci il. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edib. Həmin qərara görə, bütün ibtidai tədris müəssisələrində təhsil Azərbaycan dilində aparılırdı. Rus dilində tədris aparılan siniflərdə Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-4 saat ayrılırdı. O dövrdə respublikada milli müəllim kadrlarına böyük ehtiyac var idi. Ona görə də, ibtidai siniflər üçün müəllim hazırlamaq məqsədilə Bakı, Gəncə, Şuşa, Qazax və başqa şəhərlərdə xüsusi pedaqoji kurslar təşkil edildi. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazaxa köçürüldü. Bakı, Gəncə və Şəkidə fəaliyyət göstərən “Nina” qızlar məktəbinin əsasında qızlar gimnaziyaları yaradıldı, bundan əlavə oğlanlar üçün 7 gimnaziya açıldı. |
|
1935-ci il. Görkəmli Azərbaycan yazıçısı Əlibala Hacızadənin doğum günü (1935-2009). Ötən əsrin 60-cı illərində SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. "Heykəl gülür", "Məhəbbət olmayan evdə", "Unutmaq olmur", "Qürbətdə", "Təyyarə kölgəsi", “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” əsərləri daha çox populyarlıq qazanıb. Ə.Hacızadə fars dilindən bir sıra elmi və bədii əsərlərin tərcüməçisi kimi də tanınıb. |
|
1749-cu il. Alman şair-dramaturqu, mütəfəkkir və naturalisti Yohann Volfqanq fon Hötenin doğum günü (1749-1832). Məşhur "Faust" dram-poeması dünya ədəbiyyatının ən gözəl nümunələrindən biri sayılır. Hötenin digər populyar əsərlərinə "Vilhelm Meysterin təhsil illəri", "Gənc Verterin iztirabları" adlı məktub-romanı, "Seçmə oxşarlıq" adlı qismən avtobioqrafik romanları və digər bir sıra şeir və poemaları daxildir. Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə edən Höte tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında yer alıb.
|
|
1833-cü il. Britaniya Parlamenti Britaniya İmperiyasının əksər ərazilərində köləliyi ləğv edən qanun qəbul edib. | |
1988-ci il. Almaniyada “Flugtag88” aviaşousu zamanı qəza nəticəsində təyyarələrdən biri tamaşaçıların üzərinə düşüb. Nəticədə 70 nəfər həlak olub, 400-dək insan xəsarət alıb. |