İQTİSADİYYAT
“28 Cinema”” Ulduzum” istifadəçilərinə hər ikinci bileti pulsuz təqdim edir
Bakı, 29 avqust (AZƏRTAC). Hər həftənin cümə axşamı “Bakcell” şirkətinin “Ulduzum” proqramının istifadəçiləri “28 Cinema”dan bilet alarkən onlara hər ikinci bilet pulsuz təqdim olunacaq.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, proqramın üzvləri “*” yazıb 5555-ə SMS yollamaqla 4 rəqəmli şifrə əldə edirlər. SMS-in qiyməti 3 qəpikdir. Hər həftənin cümə axşamı günü bilet alarkən “28 Cinema” nın xəzinədarına bu 4 rəqəmli şifrəni təqdim etdikdə “Ulduzum”un üzvlərinə hər ikinci bilet avtomatik olaraq pulsuz təqdim olunacaq.
Ulduzum proqramına üzv olmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq yetərlidir.
Hazırda 120-dən çox tərəfdaşı olan bu proqramın siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri vardır.
Ətraflı məlumat www.ulduzum.az saytında yerləşdirilib.