|
2005-ci il. Azərbaycan Respublikasının yeni manatının təqdimatı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısının 2005-ci il 7 fevral tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın - manatın denominasiyası həyata keçirilib. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub. |
|
2010-cu il. Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Uzunluğu 262 kilometrdən çox olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində Bakı əhalisinin 75 faizinin təmiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə fasiləsiz təmin edilməsi mümkün olub. |
|
1936-cı il. Tanınmış müğənni, Azərbaycan və SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı və bir sıra ordenlər laureatı, musiqi-teatr xadimi və ictimai xadim, Milli Məclisin deputatı Zeynəb Xanlarova anadan olub. |
|
1879-cu il. Şotlandiyanın Dandi şəhəri yaxınlığındakı dəmir yolu körpüsünün üzərindən qatar keçdiyi vaxt uçması nəticəsində 75 nəfər həlak olub. |
|
1895-ci il. Lümyer qardaşları Parisdə dünyanın ilk filmini nümayiş etdiriblər. |