TARİXDƏ BU GÜN


28 İYUL

A+ A

1723–cü il. Çar I Pyotrun göndərdiyi rus qoşunları Bakını işğal edib. Bakı hakimi Məhəmmədhüseyn bəy sürgünə göndərilib. Bu, çar Rusiyasının Azərbaycan üzərinə birinci işğalçılıq yürüşü idi. 1735-ci ildə ruslar Səfəvi dövləti ilə bağlanmış müqavilənin şərtlərinə görə, Azərbaycan torpaqlarını tərk ediblər. Rusiya imperiyasının Azərbaycan üzərinə ikinci və həlledici yürüşü XIX əsrin əvvəlində başlanıb.

1931–ci il. Görkəmli Azərbaycan neftçisi və geoloqu, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanov (1931-2007) anadan olub. Fərman Salmanov 1960-1980-ci illərdə Qərbi Sibirdə 100-dən çox neft və qaz yatağının kəşfində iştirak edib. SSRİ Elmlər Akademiyasının müxbir üzvü olub, SSRİ neft sənayesi nazirinin müavini vəzifəsində çalışıb.

1935–ci il. Görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Vasif Adıgözəlov (1935-2006) anadan olub. O, musiqinin müxtəlif janrlarında qələmini sınayaraq çox dəyərli sənət əsərləri yaradıb: 4 simfoniya, 5 fortepiano və orkestr üçün konsert, 6 musiqili komediya, 4 oratoriya ("Odlar yurdu", "Qarabağ şikəstəsi", "Qəm pəncərəsi", "Çanaqqala"), 2 opera ("Ölülər", “Natəvan”), skripka ilə orkestr üçün konsert, kinofılmlərə musiqi, çoxlu sayda mahnı və romanslar. Bəstəkarın "Odlar yurdu", "Qarabağ şikəstəsi" oratoriyaları, "Natəvan" operası Qarabağ dərdi, Qarabağ nisgili ilə yazılıb.

1741-ci il. Məşhur italyan bəstəkarı, skripkaçısı, dirijоru və pedaqoqu Antonio Vivaldi dünyasını dəyişib (1678-1741). Saçının qırmızı olması səbəbindən o, Prete Rosso (“Qırmızı keşiş”) ləqəbi ilə tanınıb. A.Vivaldi ən böyük Qərb bəstəkarlarından biri sayılır. Onun əsərləri dünya musiqisinin inkişafında rol oynayıb. Əsasən instrumental konsertlərin təşkili ilə tanınan A.Vivaldi 40-dan çox operanın müəllifidir. Onun ən məşhur əsəri dörd fəsil skripka üçün konsertidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
07.12.2016 [09:00]
06.12.2016 [09:00]
05.12.2016 [09:00]
04.12.2016 [09:00]