SİYASƏT


28 May-Respublika Günü Argentinada qeyd edilib

Bakı, 26 may, AZƏRTAC

Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü ilə əlaqədar qəbul təşkil edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Argentina hökumətinin, parlamentinin, ölkədə akkreditə olunan diplomatik korpusun, elmi-akademik, işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin və Argentina ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəşad Aslanov 28 may gününün Azərbaycan üçün tarixi önəmindən danışıb, 1918-ci ildə elan edilən və 23 ay ömrü olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman aləmində ilk demokratik dövlət olduğunu bildirib. 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi problemlər, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bunun nəticəsində torpaqlarımızın 20 faizdən çox ərazisinin işğal edildiyi diqqətə çatdırılıb.

Səfir ulu öndər Heydər Əliyevin ölkənin yenidən qurulmasında rolundan, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlardan ətraflı bəhs edib. Azərbaycanın geosiyasi önəmindən və regional proseslərdə oynadığı roldan, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolundan, dövlətçiliyimizin daha da gücləndirilməsi üçün atılan addımlardan, ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlərdən danışıb.

R.Aslanov Azərbaycanda müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanların rahat yaşadığını, güclü tolerantlıq ənənələrinin olduğunu qeyd edib. Həmçinin ölkəmizin zəngin turizm potensialından bəhs olunub.

Habelə R.Aslanov Azərbaycan-Argentina əlaqələrinə toxunub, iki ölkə arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıqdan, əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.