SİYASƏT
28 May - Respublika Günü şərəfinə İstanbul körpüsü üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılacaq
İstanbul, 27 may, АZƏRTAC
Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May - Respublika Günü şərəfinə nadir bayram təbriki həyata keçiriləcək. Belə ki, mayın 28-də Fatih Sultan Mehmet körpüsü Ankara vaxtı ilə saat 20.35-dən etibarən Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılacaq. Rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul