SİYASƏT


28 May Vaşinqtonda Azərbaycan Milli Günü elan edilib

Vaşinqton, 1 iyun, AZƏRTAC

Vaşinqton şəhərinin meri Müryel Bouzer 2017-ci il 28 may tarixinin ABŞ paytaxtında rəsmi şəkildə Azərbaycan Milli Günü elan edilməsi barədə bəyanat imzalayıb.

Bəyanatda bildirilir ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk dünyəvi demokratik respublika olub və bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçkilərdə iştirak hüququ verib. Sənəddə, həmçinin vurğulanır ki, dünya azərbaycanlıları 99 ildir 28 May tarixini milli bayram – Respublika Günü kimi qeyd edirlər.

Vaşinqton meri sənəddə bu il ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini xatırladır. Vurğulanır ki, Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqton meriyası ilə tərəfdaşlıq şəraitində şəhərin təhsil və mədəni müxtəlifliyinə töhfə verir.

Qeyd edək ki, ABŞ paytaxtında 28 may tarixinin Azərbaycan Milli Günü elan edilməsi artıq ənənəyə çevrilib. Ümumiyyətlə ABŞ-ın digər ştatlarında və ayrı-ayrı şəhərlərində də 28 mayın Azərbaycanın Milli Günü elan edilməsi təcrübəsi mövcuddur.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.