SİYASƏT


28 May - Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib

Bakı, 28 may, AZƏRTAC

28 May - Respublika Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hissə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, Müdafiə Nazirliyində təsdiq olunmuş plana əsasən hərbi hissələrdə keçirilən bayram konsertləri, viktorinalar, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.