SİYASƏT


28 May - Respublika Günü şərəfinə İstanbul körpüsü üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılacaq

İstanbul, 27 may, АZƏRTAC

Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May - Respublika Günü şərəfinə nadir bayram təbriki həyata keçiriləcək. Belə ki, mayın 28-də Fatih Sultan Mehmet körpüsü Ankara vaxtı ilə saat 20.35-dən etibarən Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılacaq. Rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.