TARİXDƏ BU GÜN


28 SENTYABR

A+ A

2013-cü il. Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarının açılışı olub. Sahəsi 8,71 kvadratkilometr olan Taxtakörpü su anbarının ümumi su tutumu 270 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdə eni 754, hündürlüyü 142,5 metrdir. Bu, Avropada ən hündür torpaq bəndlərdən biridir.
1928-ci il. Şotlandiyalı alim və həkim Aleksandr Flemminq penisillini kəşf edib. A.Flemmin bu kəşfinə görə Nobel mükafatına layiq görülüb.
1934-cü il. Məşhur fransız aktrisası, müğənni və model Bricit Bardo anadan olub. 1952-ci ildə ilk filmə çəkilən aktrisa sonrakı dörd il ərzində 17 ekran əsərində, xüsusilə də lirik melodramlarda rol alır. “Mən qadını gözləməkdən qorxuram” filmi isə ona dünya şöhrəti gətirir. Bu filmdən sonra Bardo bir çox tanınmış rejissorlarla işləyir. Kino karyerasına 1973-cü ildə son qoymasına baxmayaraq, onun yaratdığı obrazlar bu gün də sevilir. Dünya şöhrətli aktrisanın pərəstişkarları onun 75 illik yubileyinə hədiyyə olaraq Fransa tarixində ən böyük sərgi təşkil ediblər. Sahəsi 1000 kvadratmetrə çatan bu sərgidə Bricit Bardonun uşaqlıq illərindən tutmuş kino aləmində yaratdığı məşhur rollara kimi bütün həyat və yaradıcılığını əks etdirən minlərlə fotoşəkil sərgilənir.
1994-cü il. Müasir dənizçilik tarixinin ən böyük gəmi qəzalarından biri baş verib. “Estoniya” gəmisinin Baltik dənizində batması nəticəsində 852 nəfər həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
09.12.2016 [09:00]
08.12.2016 [09:00]
07.12.2016 [09:00]
06.12.2016 [09:00]