Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

DSX-nin Xüsusi Məktəbində bir gün - VİDEOREPORTAJ  

 

Bakı, 19 mart, AZƏRTAC

Vətən sərhəddən başlayır... Vətən torpağının hüdudları keşiyində ayıq-sayıq dayanan gələcəyin sərhədçiləri Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində peşəkar, savadlı vətəndaşlar kimi yetişirlər. Vaxtilə burada təhsil almış kursantlar Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan parlaq Zəfərdə öz igidliklərini dəfələrlə sübut edib, Üçrəngli Bayrağımızın sərhədlərimiz boyunca daim dalğalanmasının təminat simvoluna çevriliblər. Onlar dövlətimizin başçısı tərəfindən qoyulmuş bütün tapşırıqları uğurla icra etməyə davam edən qəhrəmanlardır.

Uşaqların və gənclərin vətənpərvər ruhda böyüdüldüyü, 5-ci sinifdən başlayaraq hərb sirlərinin öyrənildiyi DSX-nin Xüsusi Məktəbi 2011-ci il oktyabrın 18-də istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb. Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən məktəbdə kursantlar xüsusi rejimdə həftənin 5 günü təhsil alırlar.

AZƏRTAC-ın əməkdaşları gələcəyin cəsur sərhədçilərini kiçik yaşlardan formalaşdıran DSX-nın Xüsusi Məktəbindən reportaj hazırlayıb.

Bu tədris ocağı ilə bağlı məlumat əldə etmək üçün əvvəlcə DSX-nın Xüsusi Məktəbinin rəisi, polkovnik Asif Muradovla həmsöhbət olduq. Ətraflı məlumat verən polkovnik bildirdi ki, DSX-nın Xüsusi Məktəbi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulub: “2011-ci il oktyabrın 18-də Mehriban xanım Əliyeva Xüsusi Məktəbin açılışında iştirak edib. Prezident İlham Əliyevin 2014-cü il 22 may tarixli Fərmanına əsasən, DSX-nın Xüsusi Məktəbinə Xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilib. Məktəbdə akt zalı, Ümummilli Lider Heydər Əliyevin şərəfinə yaradılmış muzey, interaktiv atəş zalı, xarici dil, informatika, fizika və ibtidai hərbi hazırlıq kabinetləri fəaliyyət göstərir. Bütün kabinetlər yeni və müasir avadanlıqlarla təchiz olunub. Burada trenajor otaqları, kitabxana, yeməkxana, istirahət və yataq otaqları var. Məktəbin həyətində isə peyntbol, atçılıq və futbol meydançaları inşa olunub. Kursantlara peyntbol meydançasında döyüş qaydaları, hücum, müdafiə kimi hərbi üsullar öyrədilir. Hazırda isə məktəbdə 700-ə yaxın kursant təhsil alır”.

Asif Muradov Xüsusi Məktəbin yaranmasında əsas məqsədin DSX Akademiyasında təhsil almağa hazır olan, vətənpərvər, dövlətinə, xalqına sadiq sərhədçi kadrların yetişməsi olduğunu deyib. Sözsüz ki, məktəb rəisinin ifadələri tamamilə həqiqəti əks etdirirdi. Buradakı bütün kursantlar yaşlarının çox olmamalarına baxmayaraq yüksək səviyyədə təhsil alır, fiziki cəhətdən sağlam, mənəvi cəhətdən sarsılmaz, gələcəkdə Vətənimizin sərhədlərinin qorunmasında öz vəzifə borclarını şərəflə yerinə yetirməyi bacaracaq sərhədçi olmağın arzusu ilə yaşayırlar. Polkovniklə söhbət zamanı burada təhsil alan kursantların tədris prosesi ilə bağlı da maraqlandıq. A.Muradov Xüsusi Məktəbdə tədris prosesinin ümumtəhsil məktəb proqramına və nizamnaməsinə uyğun təşkil edildiyini dedi. Burada dərs prosesinin əsas məqsədi kursantların şəxsiyyət kimi yetişməsinə, onların intellektual bilik səviyyələrinin, dünyagörüşlərinin artmasına, yeni texnologiyaları çevik mənimsəmələrinə, hərbi-texniki bacarıqlarının formalaşmasına, ən əsası isə onların sərhədçi ruhunda tərbiyə olunmasına yönəlib. Onun sözlərinə görə, ayrı-ayrı fənlər üzrə dərnəklər və viktorinalar, fənn günləri keçirilir. Bilik yarışları, diskussiyalar, inşa, rəsm və digər müsabiqələr təşkil edilir. Kursantların fiziki cəhətdən sağlam böyümələrinə xüsusi olaraq diqqət yetirilir. Hər yaş üzrə fiziki hazırlıq normalarını yerinə yetirmələri kursantların qarşısına tələb kimi qoyulur. Eyni zamanda, kursantlar üçün Azərbaycan filmləri nümayiş etdirilir. Onlar mütəmadi olaraq muzeylərə, mədəniyyət ocaqlarına və digər yerlərə gəzintilərə gedirlər.

Gündə 3 dəfə qidalanan məktəblilər ailə qayğısı ilə əhatə olunur desək yanılmarıq. Çünki onlar hər həftənin çərşənbə gününü fərqli qeyd edirlər. Belə ki, həftəiçi doğum günü olan şagirdlərin ad günü qeyd edilir, tort kəsilir, şəkil çəkdirilir.

Xüsusi Məktəbin 9-cu sinif kursantı Məhəmməd Abbas təhsil ocağı ilə bağlı təəssüratlarını bizimlə bölüşdü. O, burada öyrəndiyi hərb sirlərinin gələcəkdəki zabit həyatında böyük rol oynayacağına əmin olduğunu dedi: “Hazırda DSX-nin Xüsusi Məktəbinin beşinci kursunda təhsil alıram. Bu məktəbdə olarkən vaxtımızı səmərəli istifadə edirik - şahmat oynayırıq, üzgüçülüklə məşğul oluruq və sair idmanla məşğul oluruq. Hərbinin ilkin mərhələlərini bu məktəbdə öyrənmək gələcək yolumuzda - zabitlik həyatımızda böyük rol oynayır.

Məktəbdə kursantların yaxşı təhsil almaları, fiziki və mənəvi tərbiyəsi, Vətənə və cəmiyyətə yararlı insan kimi yetişmələri üçün Heydər Əliyev Fondu tərəfindən müxtəlif nəşrlərlə təmin olunmuş kitabxana da fəaliyyət göstərir.

Kursant Büsat Səlimli: “DSX-nin Xüsusi Məktəbində beşinci sinifdə təhsil alıram. Burada müəllimlər çox yaxşı dərs keçir. Bizə əlavə fənlər də tədris olunur. Onlar bizi burada əlavə ekskursiyalara aparıb gətirirlər. Bu məktəbdən çox razıyam. Gələcəkdə DSX-nin xüsusi məktəbini bitirib, onun Akademiyasına daxil olaraq sərhədçi peşəsinə yiyələnmək istəyirəm. Xüsusi Məktəbin kursantı olmağımdan şərəf və qürur duyuram. Bizə yaradan bu imkanlardan istifadə edərək yaxşı oxuyacağımıza, Vətənimizə, xalqımıza, layiqli övlad olacağımıza söz veririk”.

Kursant Mirəli Kazımov isə bildirib: “Altıncı sinifdə təhsil alıram. Ən sevdiyim dərslər fiziki tərbiyə, riyaziyyat və ingilis və fars dilidir. Taqım komandirlərimiz və başqa zabitlərimiz öz təcrübələrini bizimlə bölüşürlər”.

Kursant Ağacamal Aslanov deyib: “Vətənimizin müqəddəs sərhədlərinin keşiyində dayanmaq şərəfinin gələcək daşıyıcılarıyıq. DSX-nin Xüsusi Məktəbinin kursantları adından bizə göstərilən ali diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Hazırda 11-ci sinifdə təhsil alıram. Bizə göstərilən etimadı doğruldacağıq. Məqsədim təhsili uğurla başa vuraraq müstəqil Azərbaycana layiqli vətəndaş, Ali Baş Komandana sadiq zabit olmaqdır. Mən məktəbdaxili keçirilən olimpiada və yarışlarda iştirak etmişəm. Coğrafiya fənnindən keçirilən gənc tədqiqatçılarla bağlı konfransda qlobal problemlər haqqında çıxış etmişəm. Buna görə də məktəbin rəisi polkovnik Asif Muradov tərəfindən təşəkkürnamə ilə təltif olunmuşam”.

Xüsusi məktəbin riyaziyyat müəllimi kapitan Cabir İsgəndərov deyib: “Xüsusi məktəbdə riyaziyyat fənnini tədris edirəm. 2011-ci ildən xüsusi məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin hərbi qüdrətinin artırılmasına böyük diqqət göstərir. Bunun bariz nümunələrindən biri də 2011-ci il oktyabrın 13-də DSX-nin Xüsusi Məktəbinin yaradılmasıdır. Xüsusi məktəbdə təhsil almaq üçün çoxsaylı müraciətlər olduğundan, qəbul planı yerləri ildən-ilə artırılır. Burada təhsil alan kursantlar gələcəkdə Vətən sərhədlərinin keşiyində dayanan zabit kimi intizamlı və daha da məsuliyyətli olacaqlar. Zaman gələcək, kursantlarımızın əksər hissəsi çiyinlərində general rütbəsi daşıyacaq”.

Azərbaycanın Əməkdar müəllimi Şöhrət Quliyeva söyləyib: “Fəaliyyət göstərdiyi müddətdə DSX-nin Xüsusi Məktəbi ölkəmizdə böyük nüfuz qazanıb.

Vətən sərhəddən başlayır. Sərhədimizi qorumaq isə dövlətimizin təhlükəsizliyinin təmin olunması deməkdir. İnsanda vətənpərvərlik hissi varsa, yüksək mənəviyyata malikdirsə, Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərini daxillərində qoruyub saxlayacaqsa, demək onda Vətəni qorumaq hissi də yaranacaq. Gələcəyin zabitlərini bu istiqamətdə hazırlamağa çalışırıq”.

Yeni və müasir avadanlıqlarla təchiz olunan Xüsusi Məktəbin bu otağında isə pilotsuz uçuş aparatlarının (PUA) ilkin istifadəsi öyrədilir.

DSX-nin Xüsusi Məktəbinin tərbiyəçi-müəllimi İlqar İsmayılov: “İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının əvəzsiz rolu olub. Odur ki, Xüsusi Məktəbdə də müvafiq istiqamətdə pilotsuz uçuş aparatlarının simulyator variantını kursantlarımıza ilkin anlayış olaraq tədris edirik. Gələcəkdə DSX-nın Akademiyasında da bu fəaliyyətlərin davamı olacaq”.

Xatırladaq ki, gələcəyin sərhədçilərinin hazırlandığı məktəbə 2024-2025-ci tədris üçün qəbul prosesi start verilib. IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan hər bir Azərbaycan vətəndaşı aprelin 1-dək Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytında qeydiyyatdan keçə və aprelin 14-də baş tutacaq imtahanlarda iştirak edə bilərlər.

DSX-nin Xüsusi Məktəbində bir gün -  VİDEOREPORTAJ   

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib