TARİXDƏ BU GÜN


2 AVQUST

A+ A

1898-ci il. Azərbaycan kinosunun yarandığı gündür.  Həmin gün Bakıda Azərbaycan kinematoqrafının istehsalı olan ilk qısametrajli, səssiz film (“İlişdin”) nümayiş olunub. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan kinosu gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən avqustun 2-si Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
1955-ci il. Tanınmış aktyor Fəxrəddin Manafov Xankəndi şəhərində anadan olub. O, 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb, 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor Evində kinomexanik, 1976-1978-ci illərdə Tədris Teatrında aktyor kimi fəaliyyət göstərib, 1989-1993-cü illərdə “Yuğ” Dövlət Teatrında aktyor işləyib. Aktyor 1978-ci ildən indiyədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında filmlərə çəkilir. Azərbaycan kinosunda yaddaqalan obrazlar qalereyası yaradıb. F.Manafov 1987-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb.

2000-ci il. Soçidə MDB sammiti çərçivəsində Azərbaycan, Rusiya və Qazaxıstan prezidentləri Heydər Əliyev, Vladimir Putin və Nursultan Nazarbayev arasında keçirilən görüşdə Xəzərlə bağlı məsələlər müzakirə edilib. Prezidentlər İran hərbi gəmilərinin Azərbaycanın neft yataqlarında geofiziki kəşfiyyat aparan gəmisinə hücumunu pisləyən birgə bəyanat qəbul ediblər. Rusiya və Qazaxıstan Azərbaycanın Xəzərlə bağlı konstruktiv, mübahisələri dinc yolla nizamlamaq xəttinə dəstək veriblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
05.12.2016 [09:00]
04.12.2016 [09:00]
03.12.2016 [09:00]
02.12.2016 [09:00]