TARİXDƏ BU GÜN


2 NOYABR

A+ A

1937-ci il. Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti Emin Sabitoğlu (1937-2000) anadan olub. E.Sabitoğlu 600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları xüsusilə çox populyardır. Bəstəkar, həmçinin müxtəlif tamaşalara musiqilər də bəstələyib. E.Sabitoğlu paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına da musiqi bəstələyib.
1914-cü il. Birinci Dünya müharibəsi: Çar Rusiyası Osmanlı imperiyasına müharibə elan edib.
1920-ci il. ABŞ-ın Pitsburq şəhərində ilk radio verilişi həyata keçirilib.
1953-cü il. Pakistanın Konstitusiya Məclisi ölkənin adını Pakistan İslam Respublikası olaraq dəyişdirib.
1965-ci il. Dünya və hind kinosunun ən uğurlu və məşhur aktyorlarından hesab edilən Şahrux xan anadan olub (1965).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
05.12.2016 [09:00]
04.12.2016 [09:00]
03.12.2016 [09:00]
02.12.2016 [09:00]