TARİXDƏ BU GÜN


2 OKTYABR

A+ A

1992-ci il. Xocavənd rayonu Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. Nəticədə rayon sakinlərindən 141-i şəhid, 300 nəfərdən çoxu əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.
2007-ci il. BMT Baş Assambleyası hər il oktyabrın 2-nin Beynəlxalq qeyri-zorakılıq günü kimi qeyd olunması barədə qərar qəbul edib. Qərarda bildirilir ki, bu gün sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təsdiqləmək üçün təsis olunub.
1897-ci il. Görkəmli şairə, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın doğum günü (1832-1897). Xurşidbanu Natəvan yaradıcılığa XIX əsrin 50-ci illərindən başlayıb. Onun ilk vaxtlar "Xurşid" imzası ilə yazdığı şeirlərin yalnız az bir hissəsi bizə gəlib çatıb. 1870-ci ildən etibarən şairə özünə "Natəvan" (köməksiz, zəif, xəstə) təxəllüsü götürərək, dərin məzmunlu qəzəllər yazıb.
1869-cu il. Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandi anadan olub (1869-1948). Qandi Hindistandan alınan duz vergisinə qarşı 1930-cu ildə həyata keçirdiyi "Duz yürüşü" ilə ölkəsinin Böyük Britaniyaya qarşı çıxmasına rəhbərlik edib. 1948-ci ildə sui-qəsd nəticəsində öldürülən Mahatma Qandi tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
10.12.2016 [09:00]
09.12.2016 [09:00]
08.12.2016 [09:00]
07.12.2016 [09:00]