TARİXDƏ BU GÜN


2 SENTYABR

A+ A

1945-ci il. İkinci Dünya müharibəsi başa çatıb. Demək olar ki, bütün dövlətləri əhatə edən müharibə nəticəsində milyonlarla insan həlak olub. Müharibə 1945-ci ildə antihitler koalisiyasının qələbəsi ilə başa çatıb. Həmin ildə beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək məqsədilə BMT yaradılıb.

 

1985-ci il. “Titanik” gəmisinin qalıqları Atlantik okeanın 3 min 750 metr dərinliyində, Nyufaundlend adası yaxınlığında aşkar edilib. Gəmini amerikalı tədqiqatçı Robert Ballardın rəhbərlik etdiyi ekspedisiya tapıb. Suyun dibindən çıxarılan minlərlə qalıq UNESCO-nun sualtı mədəni mirasın qorunması üzrə Konvensiyasının himayəsinə verilib. “Titanik”in Atlantik okeanda aysberqlə toqquşaraq batması nəticəsində göyərtədəki 2 min 224 sərnişin və ekipaj üzvündən 1513 nəfər həlak olub.

 

1829–cu il. Rusiya ilə Osmanlı dövləti arasında növbəti müharibənin yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb (1828-1829). Müqaviləyə əsasən, Osmanlı dövləti Ahalsıx padşahlığının (Ahıska türklərinin yaşadığı ərazi - indiki Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsi) bir hissəsini Rusiyaya güzəştə gedib və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin köçürülməsinə razılıq verib. Köçürülən ermənilər sonradan Ahalsıx bölgəsi ilə yanaşı, Tiflis, İrəvan və Naxçıvan bölgələrində də yerləşdirilib. Bundan əlavə, Osmanlı dövləti Rusiyanın İranla apardığı müharibənin (1826-1828) yekunlarını, o cümlədən Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsini rəsmən tanıyıb.

 

 

1781-ci il. Los-Anceles şəhərinin əsası qoyulub. Los-Anceles ABŞ-ın Kaliforniya ştatında yerləşən və əhalinin sayına görə ölkənin ikinci, ştatın isə birinci şəhəridir. Ərazisi 1302 kvadratkilometr olan şəhər, eyni zamanda, Los-Anceles dairəsinin mərkəzidir. İspan dilində “Los-Anceles” sözünün tərcüməsi mələklər deməkdir. Şəhərin əsl adı “El pueblo de nuestra senora la reina de los angeles de porciuncula”dır. Bu, ən uzun şəhər adı hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
10.12.2016 [09:00]
09.12.2016 [09:00]
08.12.2016 [09:00]
07.12.2016 [09:00]