İDMAN


2 iyul - İdman Jurnalistikası Günüdür

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

Hər il iyulun 2-si İdman Jurnalistikası Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, 1924-cü ildə həmin gün Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (İnternational Sports Press Association - AIPS) yaradılmışdır. Hazırda dünyanın 130 dövlətinin idman jurnalistlərinin milli birlikləri bu assosiasiyanın üzvləridir.

İdman Jurnalistikası Günündə AIPS və idman jurnalistlərinin milli assosiasiyaları təntənəli yığıncaqlar keçirir, idman sahəsində kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinə mükafatlar təqdim edilir.

Qeyd edək ki, AIPS-nin 77-ci konqresi 2014-cü ildə Azərbaycanın paytaxtı Bakıda keçirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.