İDMAN


300 metr məsafəyə standart tüfənglə atəşaçmada komanda yarışının qalibi İsveç millisi olub

Bakı, 1 avqust, AZƏRTAC

Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 300 metr məsafəyə standart tüfənglə atəşaçmada komanda yarışında İsveç millisi 1711 xal toplayaraq qalib gəlib.

AZƏRTAC xəbər verir ki, qızıl medalı İsveç yığmasına Andrea Rossi, Jan Loçbihler, Dfauks Gilles Vinsent qazandırıblar.

İkinci yeri 1710 xalla Avstriya millisi tutub. Gümüş medalı Avstriya komandasının heyətinə Rumpler Gernot, Pikl Bernhard və Sçmirl Aleksander təmin ediblər.

Yarışın üçüncüsü isə 1706 xalla Fransa millisi olub. Fransa yığmasının heyətində bu uğura Raynaud Aleksis, Sauveplane Valerian və Qraff Kiril imza atıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.