TARİXDƏ BU GÜN


30 DEKABR

1926-ci il. Azərbaycanlı xanəndə, muğam ustası, Xalq Artisti Əbülfət Əliyev anadan olub (1926-1990). Ə.Əliyev Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Xanəndə “Leyli və Məcnun” operasında Məcnun, “Əsli və Kərəm”də Kərəm, “Aşıq Qərib”də Qərib, “Şah İsmayıl”da Şah İsmayıl obrazlarını böyük məharətlə ifa edib. “Mədəniyyət salnaməsi. Əbülfət Əliyev” qısametrajlı sənədli televiziya filmi (2004) xanəndənin həyat və yaradıcılığına həsr olunub.

 

1989-cu il. Gəncə şəhərinin tarixi adı bərpa edilib. Gəncənin tarixi adı XX əsrdə ikinci dəfə bərpa olunub. Zəngin tarixə malik Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Yelizavetpol adını ləğv edərək şəhərin adını özünə qaytarsa da sovetləşmədən sonra - 1935-ci ildə Gəncə Kirovabad adlandırılıb. Əlli dörd il sonra - 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı özünə qaytarılıb.

1922-ci il. Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaranıb (1922-1991). SSRİ əsasən indiki MDB dövlətlərinin ərazisində mövcud olub. Ümumilikdə dünyanın altıda bir hissəsi SSRİ-nin payına düşüb, əhalisinin sayına görə isə dünyada üçüncü yerdə olub. Altmış doqquz il mövcud olmuş SSRİ 1991-ci ildə dağılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri
28.02.2017 [09:00]
27.02.2017 [09:00]
26.02.2017 [09:00]
25.02.2017 [09:00]