TARİXDƏ BU GÜN


30 SENTYABR

A+ A

2012-ci il. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edilib. Mərkəz Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da şairin vətəni Gəncədə keçirilən xüsusi toplantıda yaradılıb. Mərkəzin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliği, Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyaya çatdırılmasıdır.
1920-ci il. Əməkdar incəsənət xadimi, kinorejissor Lətif Səfərov anadan olub (1920-1963). Azərbaycanın kino tarixində xüsusi rol oynayan, əslən Şuşadan olan L.Səfərov “Bəxtiyar”, “Doğma xalqımıza”, “Qızmar günəş altında”, “Leyli və Məcnun”, “Koroğlu” filmlərinin rejissoru olub. Bu ekran əsərləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən L.Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bilib.
1882-ci il. ABŞ-ın Viskontin ştatında dünyada ilk hidroelektrik stansiyası qurulub. Su elektrik stansiyası vasitəsilə suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
09.12.2016 [09:00]
08.12.2016 [09:00]
07.12.2016 [09:00]
06.12.2016 [09:00]