İQTİSADİYYAT
30-dan artıq sahibkar bu gündən Azexport.az-la əməkdaşlığa başlayır
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan 30-dan artıq sahibkar bu gündən Azexport.az-la əməkdaşlığa başlayır.
AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təşkil olunan görüşdə iş adamları ilə Azexport portalının rəhbəri Zaur Qardaşov görüşüb. O bildirib ki, Azərbaycan sahibkarlıqla məşğul olan şirkətlər Azexporta məhsullarını əlavə etməkdə maraqlıdır. Bunun da nəticəsi olaraq, yerli məhsullara Çin, Rusiya, Gürcüstan, Misir, Bolqarıstan, Türkiyə, Belarus, Pakistan və başqa ölkələrdən şərab, toyuq əti, yumurta, nar şirəsi, alma, viski və digər məhsullara böyük həcmdə sifarişlər daxil olub.
Daha sonra portalla əməkdaşlıq edən şirkətlərin təmsilçilərinə məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları izah edilib, portal barədə ətraflı məlumat verilib. Görüş zamanı, həmçinin sahibkarlara qaranlıq qalan məqamlara aydınlıq gətirilib.