İDMAN
AZƏRBAYCANIN YIĞMA OLİMPİYA KOMANDASINDA DƏYİŞİKLİK EDİLMİŞDİR
Bunu AZƏRTAC-ın müxbirinə D.Gimatovanın məşqçisi İrina Vinerə istinadla Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən xəbər vermişlər. Məşqçinin sözlərinə görə, D.Gimatovanın ayaq-oynaq bağları partlamış və gərilmişdir. Olimpiadanın bədii gimnastika yarışlarının qaydalarına görə, lisenziya konkret adamın adına verilmir, o, ölkənin Milli Olimpiya Komitəsinə məxsusdur. Ona görə Azərbaycan nümayəndə heyətinin Gimatovanı ehtiyat idmançı ilə əvəz etmək hüququ vardır.
Ehtiyat idmançı kimi Yunanıstana Anna Qurbanova getmişdir və o, Afinada yarışlarda iştirak edəcəkdir. Qurbanovanın Bakıda və Varnada Dünya kuboku yarışlarında, Kiyevdə Avropa çempionatında və digər beynəlxalq turnirlərdə inamlı çıxışları onun uğur qazanacağına ümid verir.
D.Gimatova Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin nümayəndəsi ilə söhbətində Olimpiadada iştirak edə bilmədiyi üçün təəssüfləndiyini söyləmiş və komanda üzrə rəfiqəsinə uğurlar arzulamışdır. A.Qurbanovanın özü isə demişdir: “Proqramdakı ən mürəkkəb təmrinləri hazırlayıb başa çatdırmaq üçün bir neçə gün qalmışdır, lakin mən əminəm ki, hər şey yaxşı olacaqdır. Mənə göstərilən etimadı doğrultmaq üçün bütün qüvvə və bacarığımı sərf edəcəyəm”.