İDMAN
31 İYUL
1954-cü il. Teatr və kino aktyoru, teatr rejissoru, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzovun doğum günü. Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun nəvəsi, Azərbaycan SSR-nin Xalq Artisti, aktrisa Nəsibə Zeynalovanın oğludur. Cahangir Novruzov bir çox film və tamaşalarda uğurlu rolları ilə yadda qalıb. “Ordan-burdan”da Salman bəy, “Yaşıl eynəkli adam”da Cahangir, “Bəxt üzüyü”ndə milis rəisi, “Ac həriflər”də dərviş, çarşaflı qadın, qorodovoy, “Bala başa bəla”da İzzət Nəfisli və digərlərini buna misal göstərmək olar. | |
1980-ci il. Türkiyənin Afina səfirliyinin attaşesi Qalip Özmen ASALA terror təşkilatının sui-qəsdi nəticəsində həlak olub. “Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu” adlanan bu terror təşkilatının əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu ərazidə “Böyük Ermənistan” dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib. | |
1498-ci il. Xristofor Kolumbun rəhbərlik etdiyi ekspedisiya Trinidad adalarını kəşf edib. Trinidad 1797-ci ilə qədər ispanların tabeliyində olub. Ancaq adada yaşayanların böyük əksəriyyəti fransız koloniyaçıları idi. 1889-cu ildə Trinidad və Tobaqo adaları birləşdirilərək vahid koloniya yaradılıb. 1962-ci ildə Britaniya İmperatorluğundan müstəqillik əldə edib. |