Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Bakı, 29 mart, AZƏRTAC

Hər bir xalqın tarixində onun gələcəyini müəyyənləşdirən və mütləq şəkildə özünüqoruma istinkti yaradan hadisələr olur. Azərbaycan xalqının son 100 illik tarixinə nəzər yetirsək, belə bir faciənin 1918-ci ilin mart soyqırımı olduğunu qətiyyətlə demək olar. Mart soyqırımı sıradan bir hadisə deyildi. Bu, dinc əhalini kütləvi və amansız şəkildə xüsusi qəddarlıqla qətlə yetirən erməni vəhşiliyinin sübutu kimi yaddaşlara hopdu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, 106 il öncə, 1918-ci il martın 30-na keçən gecə erməni daşnakları tərəfindən Bakıda 20 minə yaxın dinc azərbaycanlı milli mənsubiyyətinə görə qətlə yetirildi. Səbəb onların azərbaycanlı olması idi.

İnsanlığın düşməni, bütün fəaliyyəti dövründə xalqımıza nifrət və düşmənçillik mövqeyini açıq şəkildə çirkin əməlləri ilə nümayiş etdirən faşist təxəyyüllü Stepan Şaumyan və onun başçılıq etdiyi quldur dəstələri qətliamla yanaşı, xislətlərinə uyğun bir şəkildə paytaxtda bir çox dini və mədəni abidələrimizi yerlə-yeksan etmişdilər. Hədəf bütövlükdə bir xalqı tam olaraq soyqırımı etmək, qədim mədəniyyətini, tarixini Yer üzündən silmək və özgə ərazisində yeni dövlət qurmaq idi. Ona görə də təkcə 31 martda deyil, sonrakı günlərdə də erməni daşnakları yurdumuzda kütləvi qırğınlar həyata keçirdilər, şəhərlərimizi, yaşayış yerlərimizi viran qoydular. Düşmənin soydaşlarımıza qarşı soyqırımı siyasəti təkcə Bakı ilə məhdudlaşmadı. Martın 31-də Şamaxı qəzasında, eləcə də Qubanın kəndlərində də minlərlə günahsız azərbaycanlı milli mənsubiyyətinə görə ermənilər tərəfindən öldürüldü. Daşnaklar Lənkəranda, Muğanda və Dağlıq Qarabağda minlərlə kəndlərimizi yandırdı, on minlərlə insanı vəhşicəsinə qətlə yetirməklə məmləkətimizi qan gölünə çevirdilər. Bundan başqa, bu genosidin davamı olaraq 1918-ci ilin yayında Şərurda və Naxçıvanda, Zəngəzurda minlərlə azərbaycanlı, 50 mindən çox soydaşımız evlərindən didərgin düşdü.

Rusiya imperiyasının süqutundan sonra Azərbaycan torpaqlarında özlərinə dövlət yaratmaq istəyən ermənilər ölkə boyu azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini silah gücünə apardılar.

1919-cu ildə AXC parlamenti 31 martın azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi haqqında qərar qəbul etdi, sonrakı dövrlərdə ölkəmizi işğal etmiş keçmiş SSRİ dövründə imperiya mənsubları bu faciənin xalqımızın yaddaşından silinməsinə cəhd etdi, saxta tarix təlqin olundu. Lakin işğal dövründə keçmişimizi unutmadıq, ağrımızı-acımızı ürəyimizdə daşıdıq, yaşatdıq və yeni nəsillərə bəyan etdik, gerçək tariximizi, yaşadığımız faciəni onlara pıçıldadıq və bu ağrını ümumxalq matəmi kimi keçirməyimizin tarixi məqamı çatdı.

Səksən ildən sonra həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəlməklə azadlığımızı, müstəqilliyimizi qorumaqla, xoş, tarixi əlamətdar günlərimizi bizə qaytarmaqla yanaşı, xalq olaraq faciə yaşadığımız, zərbə aldığımız günlərin də unudulmaması üçün tarixi addım atdı.

Ulu Öndərin 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından sonra martın 31-ni hər il xalqımız hüzn günü kimi qeyd edir, soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla anır, faciənin acısını unutmur.

SSRİ-nin çöküşündən sonra da erməni daşnakları tarixi nifrətlərini yenidən büruzə verdilər. Çünki xalqımızın əziz övladı Heydər Əliyevin siyasi səhnədən uzaqlaşdırılması nankor qonşularımıza meydan vermişdi. Heydər Əliyevin siyasi hakimiyyətdə olmamasının nəticəsi olaraq yüz mindən çox azərbaycanlı ata-baba yurdlarından didərgin salındı. Bütün bunlar azmış kimi namərd qonşularımız tarixi torpaqlarımızda ikinci erməni dövləti qurmaq hikkəsini ortaya qoydular. Havadarlarının köməyi ilə beynəlxalq hüquqa məhəl qoymayaraq Qarabağı, ətraf rayonları işğal etdilər, bəşəriyyətin ən böyük faciəsi - Xocalı qətliamını həyata keçirdilər. Yurdumuzun dilbər guşələrini xarabazara çevirdilər, dini-mədəni abidələrimizi dağıtdılar, işğal etdikləri ərazilərdə Azərbaycan xalqının izini itirməyə çalışdılar. Düşünürdülər ki, bu işğalla torpaqlarımızda əbədi qalacaqlar. Amma yanıldılar.

Deputat sonda qeyd edib ki, erməni barbarlığının faciəsini yaşamış xalqımızın cavab haqqı 30 ildən sonra Prezident İlham Əliyevin liderliyi ilə gəldi. Prezident İlham Əliyevin komandanlığı və dünyanı heyrətləndirən milli birliyimizlə xalqımız torpaqlarımızda uzun müddət kök salmış erməni separatizminə, quldurluğuna, barbarlığına və cinayətkarlığına cəmi 44 gün ərzində son qoydu. Şərəfli və qəhrəman Ordumuz mülki şəxsləri hədəf götürmədən işğalçılara döyüş meydanında hərb və ləyaqət dərsi verdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarixi qələbəmizlə biz təkcə ərazimizi bərpa etmədik, biz erməni faşizminin belini qırdıq. Bununla da, erməni cinayətlərinin qurbanı olmuş soydaşlarımızın ruhunu şad etdik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 26-da 4 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb VİDEO

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb