Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

31 Mart soyqırımı çirkin siyasətin davamı, qəddarlığın bariz nümunəsidir

31 Mart soyqırımı çirkin siyasətin davamı, qəddarlığın bariz nümunəsidir

Bakı, 31 mart, AZƏRTAC

“Böyük Ermənistan” xülyası ilə yaşayan, uydurduqları bu mifə inanaraq onun gerçəkləşməsi üçün hər cür vasitəyə əl atmaqdan çəkinməyən erməni şovinistləri öz havadarlarının da böyük qayğı və dəstəyi ilə xalqımıza qarşı daim terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi çirkin siyasət həyata keçiriblər. 31 Mart soyqırımı məhz bu çirkin siyasətin davamı, xalqımıza qarşı törədilən növbəti qəddarlığın bariz nümunəsidir. Bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Mart soyqırımı təkcə paytaxt Bakıda deyil, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Qarabağda, Naxçıvanda və digər bu kimi bölgələrimizdə də törədilib. Qoca, qadın, uşaq demədən on minlərlə günahsız soydaşımızın kütləvi qətli xalqımızın qan yaddaşında silinməz izlər buraxıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədov deyib. Onun sözlərinə görə, tarixi faktlara əsasən, 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən erməni daşnak-rus bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqı xüsusi qəddarlığı ilə seçilən kütləvi qırğınlara məruz qaldı.

Silahlı quldur dəstələri öncədən planlaşdırılmış şəkildə ilk addım olaraq, azərbaycanlılara məxsus mülklərə, mağazalara hücumlar təşkil edir, soyğunçuluqla məşğul olur, əhalinin heysiyyatına toxunacaq, onlarda haqlı narazılıq və qəzəb doğuracaq bir sıra çirkin əməllər törədirdilər. Əsas məqsəd isə talançılıq və soyğunçuluq edən quldur dəstələrinin cəzasızlığını görən yerli əhalini etirazlara, özünümüdafiəyə məcbur etmək və beləliklə, yaxın gələcəkdə baş verəcək qətliamlara “Vətəndaş müharibəsi” siyasi donu geyindirmək idi. Beləliklə, istəklərinə nail olacaqları təqdirdə, Azərbaycanda sovet hakimiyyətinin qurulması bəhanəsi ilə əldə edəcəkləri böyük dəstək sayəsində, ilk növbədə, Bakıda, sonrakı mərhələdə isə regionlarda yerli əhaliyə qarşı kütləvi qırğınlar törətməklə qərbdən Aralıq dənizi, şərqdə isə Xəzər dənizinə qədər uzanan “böyük Ermənistan” dövlətini qurmaq idi. Belə ki, hələ kütləvi qətliamlardan öncə Stepan Şaumyan 1918-ci il martın 15-də çıхış edərkən “Bakı Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir. Bizim siyasətimiz - vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir” demişdi.

Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları qətliamdan öncə yaratdıqları daşnak-bolşevik hərbi-siyasi orqanı olan İnqilabi Müdafiə Komitəsinin qərargahına yığılaraq təlimatlandırıldıqdan sonra müsəlman məhəllələrinə göndərilirdilər. Beləliklə, plana uyğun olaraq, yüksək hazırlıqlı silahlı erməni yaraqlıları məhəllələrə qəfil basqınlar etməklə insanların evlərinə soxulur, sakinləri xəncər və süngü ilə doğrayır, evləri talan edərək yandırır, uşaqları yandırdıqları evlərin içinə atır, südəmər çağaları isə süngülərə keçirirdilər. Hər cür insanlıqdan kənar vəhşiliyə əl atan erməni daşnak-rus bolşevik cəlladları müsəlman qadınlara qarşı da xüsusi amansızlıqla davranırdılar. Belə ki, qətliamdan sonra araşdırmalar nəticəsində şəhərin təkcə bir yerində torpağın altından qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 qadının cəsədi tapılmışdı. Çoxlu gənc qadınlar isə diri-diri divara mıxlanmışdılar.

Rəsmi mənbələrə əsasən, 1918-ci ilin martın 30-dan aprelin 3-dək davam edən qırğınlar zamanı on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdi. Dənizdən və qurudan atılan top atəşləri nəticəsində xalqımızın milli-mədəni irsinə məxsus tarixi abidələr, dini inanc yerləri dağıdılmış və ya ciddi ziyan görmüşdü. İctimai və şəxsi binalar talan edilmiş, od vurularaq yandırılmışdı.

Erməni vandallığının qurbanına çevrilmiş obyektlərə Müsəlman Xeyriyyə Cəmiyyətinin “İsmailliyyə” binasını, “Açıq söz” və “Kaspi” qəzetinin redaksiya binalarını, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanalarını, Şah, Keyqubad və Təzəpir məscidlərini misal göstərmək olar.

Dinc əhalinin qırğınına rəhbərlik edən Stepan Şaumyan 1918-ci il aprelin 13-də RSFSR Хalq Komissarları Sovetinə göndərdiyi məktubunda qeyd edirdi: "Martın 30-31-də və aprelin 1-də Bakı şəhərində baş vermiş vuruşmada bizim tərəfdən sovet qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qırmızı donanma və erməni milli hissələri vuruşurdular.”

Daha sonra o, yazırdı: “Həm yerli Sovetin, həm də buraya gəlmiş Qafqaz ordusunun qüvvələrini hərbi-inqilabi komitənin səylərini birləşdirərək, 6000 nəfər yaхşı silahlı qüvvə təşkil edə bildik. “Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi, onlar da bizim iхtiyarımızda idi. Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın хarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik. Müsəlman yoхsulları böyük zərər görüblər”.

O zaman yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərinə əsasən, hadisə şahidlərinin ifadələrinə görə, üç gün davam edən kütləvi qırğın nəticəsində təkcə Bakı şəhərində təxmini hesablamalara görə erməni silahlıları tərəfindən 15-20 min dinc sakin vəhşicəsinə qətlə yetirilmişdi. Tarixi statistik göstəricilərə əsasən, Birinci Dünya müharibəsindən (1914-1918) əvvəl təqribi hesablamalara görə, Bakı şəhəri əhalisinin ümumi sayının 200 000 nəfər olduğunu nəzərə alsaq, Mart soyqırımı zamanı şəhər əhalisinin təqribən onda birinin qətlə yetirildiyini qeyd edə bilərik.

Bakı qırğınından sonra erməni quldurları bu çirkin əməllərini bölgələrdə də həyata keçirməyə başladılar. Bu barədə görkəmli ictimai-siyasi xadim, o zamanlar Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı vəzifəsində çalışan Nəriman Nərimanov yazırdı: "Lakin belə bir dəhşətli hadisədən sonra onun qəzalar üzrə həyata keçirilməsini davam etdirmək nəyə lazım idi. Bu suala 1918-ci ildə Bakıdakı sovet hakimiyyəti cavab verməlidir”.

Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı cinayəti törədən 2 000 nəfərdən ibarət yaхşı silahlandırılmış erməni quldur ordusu Şamaхıda sovet hakimiyyəti qurmaq adı altında 58 kənddə 1 653-ü qadın və 965-i uşaq olmaqla, ümumilikdə 7 000-dən çox dinc sakini qətlə yetirib, Şamaxı şəhərini isə yandıraraq yerlə-yeksan etmişdi.

1918-ci il may ayının 1-də isə Qubada sovet hakimiyyətinin qurulması adı altında daşnak Hamazaspın komandanlığı ilə 3 000 nəfərlik erməni quldur ordusu üç istiqamətdən şəhərə hücuma keçmişdi. Toplardan, pulemyotlardan və tüfənglərdən atəş açaraq Quba əhalisini, o cümlədən burada əsrlərdir yanaşı, mehriban yaşayan etnik qrupların nümayəndələrini də vəhşicəsinə qətlə yetirmişdilər.

Daşnak Hamazasp şəxsən özü qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən aşağıdakı məzmunda nitqlə müraciət edib: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm… Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, sizdən qisas almağa göndərilmişəm”. Beləliklə, həmin dövrdə erməni daşnak-rus bolşevik quldurları tərəfindən Quba qəzasında 167 kənd talan edilərək yandırılıb, 16 000 nəfərə yaxın sakin isə xüsusi qəddarlıqla, kütləvi şəkildə qətlə yetirilib. Həmçinin erməni daşnak-rus bolşevik silahlı dəstələri tərəfindən Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə tamamilə məhv edilərək yer üzündən silinib. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3000 nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərədək qətlə yetirilib. Erməni silahlı dəstələri Naxçıvan qəzasında bir neçə kəndi, Zəngəzur qəzasında isə 115 kəndi yandıraraq 3257 kişi, 2276 qadın və 2196 uşaq olmaqla əliyalın, günahsız dinc əhalini qətlə yetirmişdilər. Ümumilikdə isə Zəngəzur qəzası üzrə 10 068 azərbaycanlı öldürülüb və ya ömürlük şikəst edilib, 50 mindən çox azərbaycanlı isə öz ata-baba yurd-yuvalarından didərgin salınmışdı.

“Erməni daşnak-rus bolşevik silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, Qarabağın dağlıq hissəsində yerləşən 150 kəndi yağmalayaraq dağıtmış, əliyalın, dinc sakinlərini isə qətlə yetirmişdilər.

Mart soyqırımından bir il sonra tarixi hadisələri gizlətməkdə və ya saxtalaşdırmaqda hər zaman “mahir” olan ermənilər baş vermiş bu qanlı hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi dünyaya təqdim etməyə çalışırdılar. Belə ki, 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını həyasızcasına inkar edir, həmin hadisələr zamanı guya öldürülən cəmi 1 000 nəfərdən 300-nün erməni və rus, 700-nün isə müsəlman olduğunu iddia edirdi.

Tarixi təhrif etmək mümkündür, lakin tarixi həqiqətləri, yaşanmış gerçəklikləri gizlətmək, onları silmək əsla. Belə ki, hələ 1918-ci ildən öncə 1905-1906-cı illərdə Naxçıvan, Qarabağ, Şirvan, Borçalı, İrəvan və digər ərazilərdə də xalqımıza qarşı qanlı qırğınlar, deportasiyalar törədilmişdi. Belə ki, həmin vaxtlar təkcə İrəvan quberniyasının 199 kəndində yaşayan 135 000 azərbaycanlı qətlə yetirilib, evləri yağmalanaraq yandırılmışdı. Azərbaycanın tanınmış yazıçısı, ədəbiyyatımızda tarixi roman janrının banisi Məmməd Səid Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdiyi qanlı qırğınları, soyqırımları qələmə alarkən yazırdı: “İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi”.

Təəssüflər olsun ki, sovet hakimiyyəti dövründə də xalqımıza qarşı etnik təmizləmə siyasəti davam etdirilmişdi. Belə ki, 1947-1953-cü illərdə yüzminlərlə soydaşımız öz tarixi yurd-yuvalarından - Qərbi Azərbaycandan zorla didərgin salınıb. Tarixi torparlarımızdan olan Zəngəzur mahalı isə 1923-cü ildə Azərbaycandan qopardılaraq Ermənistana birləşdirilib.

Tarixin sonrakı mərhələlərində isə xalqımızın qan yaddaşını silmək, acı keçmişini unutdurmaq və fürsət yarandığı təqdirdə öz çirkin planlarını yenidən gerçəkləşdirmək niyyətilə “Böyük Sovet ailəsi”, “Mehriban qardaş xalqlar” kimi siyasi oyunlar oynanıldı, məkrli planlar cızıldı.

Nəhayət, 1988-ci ildən başlayaraq yeni ərazi iddiaları ilə Qarabağda vaxtilə köçürülmüş ermənilər tərəfindən separatizm meyilləri yenidən alovlanmağa başladı. Yırtıcı düşmənin illərdir geyinmiş olduğu “mehriban qonşuluq, qardaşlıq” maskası yırtıldı. Ölkədə tüğyan edən siyasi gərginlik və hərc-mərclikdən məharətlə yararlanan məkrli düşmən torpaqlarımızı bir-birinin ardınca işğal etməyə başladı.

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən istiqlaliyyəti uğrunda çarpışan, mübarizəyə qalxan əliyalın, dinc əhaliyə qarşı bəşəri cinayət törədildi. Amansızcasına törədilən bu qətliam xalqımızın qan yaddaşını da yenilədi. İllərdir qaysaq bağlamış, sağalmaz yaralar bir daha sızlamağa başladı. Tarix sanki yenidən təkrarlandı, Mart soyqırımı yenidən təzələndi. Belə ki, hadisələr təkcə paytaxt Bakı ilə yekunlaşmırdı. Qırğınlar Sumqayıt, Neftçala, Lənkəran və digər bölgələrdə də həyata keçirilirdi. Tarixə Qanlı Yanvar kimi düşən həmin hadisələr zamanı Bakıda və bölgələrdə ümumilikdə 131 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbiçilər tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili tibbi yardım maşınları, dövlət əmlakları və şəxsi əmlaklar məhv edilib. Qətlə yetirilənlər arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər (polis) də olub.

1992-ci il fevralın 25-dən 26-na gecə isə Xocalı şəhərinin sakinlərinə qarşı tarixdə misli görünməmiş kütləvi qırğın - Xocalı soyqırımı törədildi. Yüzlərlə günahsız soydaşımız qanına qəltan edildi, meyitləri qanasusamış erməni cəlladları tərəfindən müxtəlif təhqirlərə məruz qaldı. Kütləvi qırğın zamanı aralarında 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər ahıl, qoca olmaqla, ümumilikdə 613 nəfər vətəndaşımız qətlə yetirildi, 487 nəfər isə aldığı güllə yaralarından əlil oldu. Faciə zamanı Xocalının 1275 dinc sakini girov götürüldü ki, onlardan 197 nəfərinin sonrakı taleyi bu günədək hələ də məlum deyil.

Xalqımızın başına gətirilmiş bu kimi cinayətlər, məkrli oyunlar bəlkə də unutqanlığımızdan, keçmişimizi düzgün şəkildə araşdırıb təbliğ edə bilməməyimizdən irəli gəlirdi. Belə ki, hələ 1919-cu ildə Mart Soyqırımının ildönümü ilə əlaqədar böyük Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyli özünün “31 mart” adlı məqaləsində yazırdı: “Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.

“Mart soyqırımına ən layiqli qiymət isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilib. Belə ki, Ulu Öndər tərəfindən imzalanan 1998-ci il 26 mart tarixli Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlanılıb. Beləliklə, o gündən başlayaraq xalqımızın erməni cəlladları tərəfindən soyqırımına məruz qalması təkzibolunmaz faktlarla bütün dünyaya bəyan edilməyə başlanıldı. Bu isə özünü dünyaya daim məzlum xalq kimi təqdim edən, tarixi faktları özünəməxsus şəkildə təhrif edərək saxtalaşdıran, dünya ictimaiyyətini çaşdıran, yanlış istiqamətə yönəldən ermənilər üçün əsl şok effekti yaratmışdı.

Beləliklə, bu gün biz azərbaycanlılar böyük inam və əminliklə söyləyə bilərik ki, öz haqlı mövqeyini qoruyan, müdafiə edən, tarixi həqiqətləri dünyaya bəyan edən, düşmən üzərində siyasi, iqtisadi və hərbi cəhətdən üstün, əzici mövqeyə malik müstəqil və azad ölkənin vətəndaşlarıyıq.

Bu dövlət layiqli davamçı, müdrik rəhbər, öz xalqına, vətəninə, adət və ənənələrinə, milli kimliyinə canı və qanı ilə bağlı olan, onu daim sevən, yaşadan İlham Əliyev tərəfindən gündən-günə inkişaf edir, möhkəmlənir və öz hərbi qüdrətini artırır. Bu isə gələcəkdə 31 Mart soyqırımı kimi qanlı faciələrin bir daha təkrarlanmayacağının ən etibarlı təminatıdır.

Bu gün xalqımız işğal edilmiş bütün tarixi torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə geri qaytarılacağına, öz hərbi-siyasi tarixinə yeni və parlaq zəfərlərlə imza atacağına əminliklə inanır”, - deyə Coşqun Məmmədov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür