QAN YADDAŞI
31 mart soyqırımı insanlığa sığmayan bəşəri cinayətdir
Neftçala, 1 aprel, AZƏRTAC
31 mart soyqırımı günü Neftçalada yeni tikilən Şəhidlər xatirə kompleksində təşkil edilən anım tədbiri ilə qeyd olunub.
Rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri kompleksin önünə gül dəstələri qoyub, ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə qeyd olunub ki, erməni faşistlərinin törətdikləri soyqırımı aktları təkcə miqyasına və coğrafiyasına görə deyil, kütləviliyinə və mahiyyətinə görə də insanlığa sığmayan bəşəri cinayətdir. Bildiririlib ki, o müdhiş mart günlərində erməni terror maşını təkcə paytaxt Bakıda deyil, bölgələrdə, o cümlədən Neftçalada da talanlar, qırğınlar törədib. Mərasimdə Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsində dövlətimizin başçısının davamlı fəaliyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, erməni vəhşiliyinin əsl simasını açmaq üçün fəaliyyət dairəmizi daha da genişləndirməliyik. Əminliklə bildirilib ki, ölkəmizin artan iqtisadi qüdrəti və siyasi nüfuzu ən yaxın zamanlarda ərazi bötövlüyümüzün təmin olunmasına imkan yaradacaq.