MƏDƏNİYYƏT
“33 pərdəli dram” kitabının təqdimatı olub
Bakı, 28 noyabr, Flora Şükürova, AZƏRTAC
Noyabrın 28-də yazıçı-publisist Ramilə Qurbanlının “33 pərdəli dram” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Akademik Milli Dram Teatrında baş tutan təqdimatda bir sıra mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, tanınmış ədiblər də iştirak edib.
Tədbirdə teatrın baş rejissoru, Xalq Artisti Azərpaşa Nemət çıxış edərək kitabda yer alan 33 sənətkara həsr olunmuş tədqiqatları yüksək qiymətləndirib.
“Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafı üçün onun hərtərəfli araşdırmasına və təbliğatına ehtiyac var. Mədəniyyət və incəsənət, o cümlədən ədəbiyyat xadimlərinin sənət və həyat yolları oxucu kütləsi üçün həmişə maraq kəsb edib. Kitabdakı materiallar bu baxımdan oxunaqlıdır”, - deyə Azərpaşa Nemət bildirib.
Vurğulanıb ki, kitab 33 sənətkarın bütün həyat və yaradıcılığını, keçdiyi sənət yolunu canlandırır və bu sahədə gənc nəslin maariflənməsinə xidmət edir.
Sonda müəllif qonaqlara təqdimatda iştirak etdikləri üçün minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]