ELM VƏ TƏHSİL


3D-çap texnologiyasının tətbiqi real fiziki modellərlə işləyənlər üçün faydalıdır

Bakı, 8 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçirilən elmi seminarda İKT yenilikləri barədə məlumat verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda 3D-printerlərdən müxtəlif prototiplərin hazırlanması üçün istifadə olunduğu, bu qurğuların təhsil, qida, inşaat, eləcə də tibb sahəsində geniş tətbiq edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, üçölçülü bio-printerlər vasitəsilə əsasən oynaq və fərdi protezlərin istehsal edilir və onların modelləşdirilməsi xüsusi proqram mühitində aparılır. Bu isə pasiyentin anatomik xüsusiyyətlərini nəzərə alaraq məmulatın dəqiq formasını almağa imkan verir. Həmin məmulatların öz konstruksiyasına görə çox mürəkkəb və təzyiqədavamlı olduğu nəzərə çatdırılıb.

Vurğulanıb ki, 3D-çap texnologiyasının tətbiqi real fiziki modellərlə işləyənlər üçün çox faydalıdır. Vaxta və maliyyə resurslarına əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verən bu kimi modellər üzərində müxtəlif sınaqların keçirilməsi mümkündür.

Bildirilib ki, dünyanın müxtəlif ölkələrində bio-çap texnologiyası istiqamətində dərin araşdırmaların aparılmasına baxmayaraq, ilk orqan çapının 2030-cu ildə reallaşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.