İDMAN
3X3 basketbol üzrə sınaq yarışı "Qala" klubunun qələbəsi ilə başa çatıb
Bakı, 27 may, AZƏRTAC
Birinci Avropa Oyunları Parkının basketbol meydançasında 3X3 basketbol üzrə komandaların ilk sınaq yarışı keçirilib.
AZƏRTAC Azərbaycan Basketbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, Avropa Oyunları Əməliyyat Komitəsi ilə birgə təşkil olunub.
Yarışda komandalar iki qrupda mübarizə aparıblar. "A" qrupunda keçirilən oyunlar belə nəticələnib: "Qala"-AZTOP - 17:16, AZTOP-"Aslanlar" - 14:12, "Aslanlar"-"Qala" - 6:22. "B" qrupunda keçirilən oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb: "Azəri"-NTD - 6:8, NTD-"Ulduzlar" - 21:10, "Ulduzlar"-"Azəri" - 10:14.
Yarımfinal mərhələsində NTD komandası AZTOP kollektivini 21:17, "Qala" klubu "Azəri"ni 21:12 hesabı ilə məğlub edib. Final oyunu isə "Qala" klubunun "NTD" üzərində böyük hesablı qələbəsi ilə başa çatıb: 22:9.
Turnirə Beynəlxalq Basketbol Federasiyası tərəfindən Avropa Oyunlarının 3X3 basketbol yarışlarına təhkim olunmuş məsul nümayəndəsi Robert Rieblinger nəzarət edib.