TARİXDƏ BU GÜN


3 NOYABR

A+ A

1803-cü il. Çar Rusiyası qoşunlarının Gəncə xanlığına işğalçı yürüşü başlanıb. General Pavel Sisianovun komandanlıq etdiyi qoşunlar dekabrda Gəncə şəhərini mühasirəyə alıb, qızğın döyüşlərdən sonra şəhər süqut edib, Gəncə xanı Cavad xan qəhrəmancasına həlak olub. Bundan öncə rus qoşunları Azərbaycanın şimal-qərbində Car-Balakən bölgəsini ələ keçirmişdilər.
1983-cü il. Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq Artisti Əliağa Ağayev vəfat edib (1913-1983). O, 1936-cı ildə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb, 1961-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb. Onu Məşədi İbad obrazının əvəzsiz ifaçısı adlandırırlar.
1797-ci il. Rus yazıçısı Aleksandr Bestujev-Marlinski anadan olub (1797-1837). Dekabristlər üsyanında (1825) iştiraka görə Qafqaza sürgün olunub. O, Azərbaycanda yaşayıb, böyük yazıçı-dramaturq Mirzə Fətəli Axundzadə ilə dostluq edib, Azərbaycan dilini öyrənib. M.F.Axundzadənin A.S.Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması”nı rus dilinə tərcümə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
10.12.2016 [09:00]
09.12.2016 [09:00]
08.12.2016 [09:00]
07.12.2016 [09:00]