İDMAN
3 OKTYABR
1993-cü il. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ümummilli Lider ölkəmizdə siyasi gərginliyin, hakimiyyət böhranının kəskinləşdiyi bir dövrdə hakimiyyətə gəldi. Həmin vaxt xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Bir tərəfdən də Ermənistanın təcavüzü ilə üzləşən ölkəmiz təşviş içində idi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, ölkəmiz sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşdu. Təsadüfi deyil ki, 1993-cü il Azərbaycanın tarixinə qurtuluş ili kimi daxil oldu. Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Onun fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. Məhz həmin fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada aparıcı söz sahibinə çevrilib.
|
|
2009-cu il. Naxçıvan Muxtar Respublikasında türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev və Türkiyə Prezidenti Abdullah Gül Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişini imzalayıblar.
|
|
1990-cı il. Almaniya vahid dövlətdə birləşib. Ölkənin yenidən birləşməsinə Almaniya Demokratik Respublikası (Şərqi Almaniya) vətəndaşlarının dinc inqilabı nəticəsində nail olundu. Xarici siyasət baxımından isə birləşmə dörd qalib gücün razılığı əsasında mümkün oldu. Almaniyaya göstərilmiş bu etimad yenidən birləşmiş ölkə üçün beynəlxalq müstəvidə böyük məsuliyyət yaratdı. Vahid dövlətdə birləşdikdən sonra Almaniya siyasi və iqtisadi sahədə çox böyük inkişafa nail oldu, Avropanın ən böyük iqtisadiyyatına malik ölkəsinə çevrildi. |