TARİXDƏ BU GÜN


3 YANVAR

A+ A

1804-cü il. Gəncə xanı Cavad xan və oğlu Hüseynqulu xan general Sisianovun başçılıq etdiyi rus qoşunları ilə döyüşdə həlak olublar. Cavad Xanverdi oğlu (1785-1804) 19 il ərzində Gəncə xanı olub və Azərbaycan tarixinə Vətənini ürəkdən sevən cəsur hökmdar kimi daxil olub. Cavad xan Gəncədə, Cümə məscidi ərazisindəki türbədə dəfn olunub.
1907-ci il. Azərbaycanın ilk piano müəllimi, professor, Xalq Artisti Kövkəb Səfərəliyevanın (1907-1985) doğum günüdür. Böyük təşkilatçılıq istedadı olan K.Səfərəliyeva dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dəstəyi ilə 1937-ci ildə Konservatoriya nəzdində orta ixtisas musiqi məktəbi (hazırda Bülbül adına məktəb) yaradıb və onun direktoru olub. Kövkəb Səfərəliyeva musiqiyə dair bir sıra elmi-metodik vəsaitin, dərsliyin və məqalənin müəllifi, fortepiano üçün müntəxəbatın tərtibçisidir.
1977-ci il. “Apple” firmasının ilk kompüteri istehsal edilib. Şirkət 1970-ci illərin ortalarında “MOS Technology 6502”nin bazasında ilk fərdi kompüterlərini yığan Stiv Cobs və Stiv Voznyak tərəfindən Kaliforniyada (ABŞ) yaradılıb. “Apple” adını S.Cobs təklif edib, çünki belə olan halda telefon-məlumat kitabçasında şirkətin adı kompüter oyunları istehsalında və nəşrində ixtisaslaşan “Atari” şirkətindən (ABŞ) qabaqda gəlirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
24.02.2017 [09:00]
23.02.2017 [09:00]
22.02.2017 [09:00]
21.02.2017 [09:00]