CƏMİYYƏT


3 iyul - Beynəlxalq Plastik Çantalardan Azadolma Günüdür

Bakı, 3 iyul, AZƏRTAC

3 iyul - Beynəlxalq Plastik Çantalardan Azadolma Günüdür. Bu gün ən çox istifadə edilən daşıma vasitəsinin – plastik çantaların yaratdığı real və vacib problemlər haqqında maarifləndirmənin gücləndirilməsinə həsr olunub. Hər il iyulun 3-ü atılan hər bir plastik çantanın insan və gələcək nəsillər üçün təhlükə mənbəyi olduğunu xatırlatmaq üçün qeyd edilir.

Dünyada hər il 1 trilyonadək plastik çantadan istifadə olunur. Aparılan araşdırmalara görə, plastik çantalar insanlar tərəfindən alındıqdan sonra orta hesabla 25 dəqiqə müddətində istifadə olunur və atılır. Həmin çantalar dənizdə 400-500 ilədək, quruda 800 il çürümədən qala bilir və ətraf mühitə ciddi təsir göstərirlər. Hətta okeanların dərinliklərində belə plastik kütlələrdən ibarət “tullantı qayaları” əmələ gəlib.

Bəzi ölkələrdə artıq plastik çantaların istifadəsinə qadağalar tətbiq edilib, bəzilərində isə onlardan istifadənin azaldılması istiqamətində mühüm addımlar atılır. Meksikada, Hindistanda tamamilə, Banqladeş, Şərqi Afrikada yerləşən Ruandanın və Avstraliyanın bir çox şəhərlərində plastik çantaların istifadəsi qadağan olduğu halda, İsveçrə, İsveç, Norveç, Almaniya, Hollandiya kimi ölkələrdə ödənişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.