İDMAN
AZƏRBAYCANIN SƏRBƏST GÜLƏŞ ÜZRƏ KİŞİ VƏ QADINLARDAN İBARƏT YIĞMA KOMANDASI MİNSKƏ YOLA DÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın sərbəst güləş üzrə kişi və qadınlardan ibarət yığma komandası martın 7-də Minskdə start götürən 3 qat Olimpiya, 7 qat dünya çempionu, Belarus Güləş Federasiyasının prezidenti Aleksandr Medvedin şərəfinə təşkil olunan beynəlxalq turnirə qatılmışdır.
Baş məşqçi Maqomedxan Aratsilovun rəhbərlik etdiyi komandaya Namiq Sevdimov, Ceyhun Əliyev (hər ikisi 55 kq), Nəbi Hənifəyev (60 kq), Elmir Qəmbərov (66 kq), Aqil Quliyev (74 kq), Əşrəf Əliyev (84 kq) və Eldar Atakişiyev (96 kq) cəlb edilmişlər.
Qadınlardan ibarət yığma komandanın baş məşqçisi Nazim Əlicanovun rəhbərlik etdiyi komandanın tərkibində isə ölkəmizin idman şərəfini Pekin Olimpiadasına lisenziya qazanmış Mariya Stadnik (48 kq) və Olesya Zamula (63 kq) ilə yanaşı, Sona Əhmədova (59 kq), Elvira Mürsəlova (59 kq), Mariya Kaçina (63 kq), Dina İvanova və Zümrüd Qurbanhacıyeva (hər ikisi 72 kq) qoruyacaqdır.