İDMAN
AZƏRBAYCAN GÜLƏŞÇİSİ QADINLAR ARASINDA AVROPA ÇEMPİONU OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan güləşçisi Mariya Stadnik (48 kq) aprelin 4-də Finlandiyada keçirilən Avropa çempionatının qızıl medalını qazanmışdır.
Azərbaycan idmançısı ardıcıl olaraq, Kristina Kroyter (Rumıniya), Aleksandra Koqut (Ukrayna) və Fani Psatanı (Yunanıstan) məğlub edərək finala çıxmışdır.
Həlledici mərhələdə fransalı Vanessa Brambem üzərində qələbə qazanan M.Stadnik Azərbaycan yığmasına qızıl medal qazandırmışdır.
Xatırladaq ki, bir gün əvvəl keçirilən yarışlarda Azərbaycan yığmasının daha bir üzvü Elmira Mürsəlova (59 kq) gümüş medala sahib olmuşdur.
Yarışların birinci günü sərbəst güləşçilərimizin qazandığı dörd bürünc medal Azərbaycan yığmasını komanda hesabında üçüncü yerə çıxarmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]