İQTİSADİYYAT


410 saylı estakadayanı meydançada əsaslı təmirə başlanılıb

Bakı, 12 iyul, AZƏRTAC

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə N.Nərimanov adına NQÇİ tərəfindən istismar olunan 410 saylı estakadayanı meydançada əsaslı təmir işlərinə başlayıb.

SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, meydançanın istismarının daha keyfiyyətli təmin edilməsi məqsədilə həyata keçirilən işlər çərçivəsində müxtəlif ölçülü 46 svayın vurulması, ümumi çəkisi 150 ton olan 5 ədəd metal lövhənin quraşdırılması nəzərdə tutulur. Layihə üzrə 1000 kvadratmetr sahənin əsaslı təmiri gözlənilir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.