Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

GƏNCLƏR VƏ İDMAN NAZİRİ AZAD RƏHİMOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Əziz idmançılar, hörmətli qonaqlar!

Bu gün müstəqil Azərbaycanın tarixində artıq dördüncü dəfədir ki, idmançılarımızın dünyanın ən ali idman tədbiri olan Olimpiya oyunlarına yolasalma mərasimi keçirilir. Bu gözəl ənənənin təşəbbüskarı, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə ilk dəfə idmançılarımız 1996-cı ildə Atlanta, 2000-ci ildə isə Sidney Olimpiya oyunlarına yola düşmüşlər. Ulu öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızda ruh yüksəkliyi və nikbin əhval-ruhiyyə yaratmış, onlar bu oyunlardan vətənə medallarla dönmüşdülər.

Təsadüfi deyil ki, bugünkü mərasimdən öncə XXIX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan yığma komandasının üzvləri və ölkəmizin idman ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanı ziyarət edərək, ulu öndərimizin əziz xatirəsini yad etmişlər.

Olimpiyaçıların təntənə ilə yola salınması ənənəsi bu gün də davam edir.

Cənab Prezident!

Fürsətdən istifadə edib, ölkəmizdə idmanın və olimpiya hərəkatının inkişafına göstərdiyiniz xüsusi diqqətə və bu gün bizimlə görüşdüyünüzə görə bütün olimpiyaçılar və idman ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətli mərasim iştirakçıları!

Bildiyiniz kimi, Olimpiya oyunları dünya xalqlarının və ölkələrinin tanıdılması, təbliğ olunması, qarşılıqlı əlaqələrin qurulması baxımından çox böyük əhəmiyyətə, əvəzsiz təsirə malikdir. Bu oyunlarda iştirak etmək, Olimpiya medalını qazanmaq böyük şərəfdir və hər bir dövlətin beynəlxalq nüfuzunun yüksəlməsində mühüm rol oynayır.

Artıq növbəti - Pekin Olimpiya oyunlarına bir neçə gün qalır. Çox sevindirici haldır ki, müstəqil respublikamızın olimpiya yığma komandası belə möhtəşəm bir tədbirdə əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə - 44 idmançı ilə təmsil olunacaqdır.

Cənab Prezident!

“XXIX Yay Olimpiya oyunlarına hazırlıq haqqında” Sizin 2006-cı il 24 iyul tarixli Sərəncamınız Olimpiadaya hazırlıq prosesinə böyük təkan vermişdir.

Gənclər və İdman Nazirliyinin Milli Olimpiya Komitəsi ilə birgə tərtib etdikləri hazırlıq konsepsiyası Pekin Olimpiadasına hazırlığın mütəşəkkil, planlı və elmi əsaslar üzərində aparılmasına imkan yaratmışdır. 2005-ci ili əhatə edən birinci mərhələdə Afina Olimpiya oyunlarına hazırlıq prosesi və idmançılarımızın nəticələri dərindən təhlil edilmiş, daha yüksək nəticələr qazana biləcək idman növləri müəyyən edilmişdir. İkinci mərhələdə ölkəmizdə 18 olimpiya idman növü və idman bazaları müəyyənləşdirilmiş, bu idman növlərini inkişaf etdirən federasiyalardan 170 nəfər namizəd idmançı haqqında təkliflər alınmışdır. Bu dövrdə hazırlığın səviyyəsini göstərən normativlər sistemi hazırlanmış, yüksək dərəcəli idmançıların hazırlanması üçün elmi qruplarla birlikdə elmi-metodiki əsaslar işlənmişdir. Həmçinin lisenziya əldə edə biləcək idmançıların və ehtiyat qüvvənin tam tərkibi hazırlanmışdır.

Pekin Yay Olimpiya oyunlarına lisenziya qazandıra bilən beynəlxalq rəsmi yarışların əksəriyyəti 2007-2008-ci illərə təsadüf etmişdir. Hazırlığın çox məhsuldar olan üçüncü mərhələsi də bu illəri əhatə etmişdir.

Respublika idmançılarının Olimpiadaya hazırlıq işləri ilə gündəlik və operativ şəkildə məşğul olmaq və nəzərdə tutulmuş tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsini təmin etmək məqsədi ilə xüsusi qərargah yaradılmışdır. Qərargah idman təşkilatları və idman növləri üzrə federasiyalarla birlikdə milli komandaların heyətlərini hazırlamış, hazırlığa cəlb edilmiş bütün namizədlərin fərdi planlarını nəzarətə götürmüşdür. Hazırlıq prosesi üçün lazım olan maliyyə vəsaitinin smeta xərcləri tərtib olunmuş, idmançıların və məşqçilərin maddi-texniki təminatının, həkim nəzarətinin və tibbi xidmət işlərinin həyata keçirilməsi təmin edilmişdir.

Əgər Atlanta Olimpiadasına hazırlıq üçün ayrılan vəsait 425 min manat, Sidney Olimpiadası üçün 545 min manat, Afina Olimpiadası üçün 700 min manat olmuşdusa, Pekin Olimpiadasına hazırlıq porosesinin yüksək səviyyədə aparılması üçün dövlət büdcəsindən 3 milyon 150 min manat vəsait ayrılmışdır. Bu, Atlanta Olimpiadası ilə müqayisədə 7,4 dəfə artım deməkdir.

Ümumiyyətlə, son beş ildə ölkədə bədən tərbiyəsi və idmanın inkişafına ayrılan vəsait 7,5 dəfə artaraq, 10 milyon 28 min manat təşkil etmişdir.

Hazırda olimpiyaçı adına layiq görülmüş 44 idmançı və onların məşqçiləri Milli Olimpiya Komitəsinin təqaüdləri ilə təmin olunurlar. Bundan başqa, Gənclər və İdman Nazirliyi və idman növləri üzrə federasiyalar tərəfindən də idmançılarımıza qayğı göstərilir.

Afina Olimpiadasından ötən dövr ərzində Azərbaycan idmançıları Milli Olimpiya Komitəsi, nazirlik və federasiyalar tərəfindən mütəmadi olaraq dünya və Avropa çempionatlarına ezam edilmiş, bu yarışlardan vətənə uğurlu nəticələrlə dönmüşlər. Bu göstəricilər həm medalların nisbətində, həm də ötən Olimpiya oyunları ilə müqayisədə əldə olunmuş lisenziyaların fərqində öz əksini tapmışdır. Müqayisə üçün deyə bilərəm ki, Atlanta Olimpiadası ərəfəsində (1993-1996-cı illər) olimpiya idman növləri üzrə qazanılmış medalların sayı 71, Sidney Olimpiadası ərəfəsində (1997-2000-ci illər) 146, Afina Olimpiadası ərəfəsində (2001-2004-cü illər) 262, Pekin Olimpiadası ərəfəsində isə (2005-2008-ci ilin 7 ayı) 467 olmuşdur.

Göründüyü kimi, hər dəfə Olimpiada ərəfəsində olimpiya idman növlərində qazanılan medalların sayı əvvəlki dövrlə müqayisədə iki dəfə artmışdır.

Xüsusilə vurğulamaq istərdim ki, bədii gimnastikadakı sürətli inkişaf nəticəsində, ilk dəfə olaraq, qrup hərəkətlərdə 6 idmançımız XXIX Yay Olimpiya oyunlarında iştirak etmək hüququ qazanmışdır.

Bundan başqa, ilk dəfə olaraq, atçılıq idmanı üzrə Azərbaycan idmançısının Pekin Olimpiadasında iştirak etmək hüququ qazanması da əldə etdiyimiz nailiyyət və yenilikdir. Uşu idman növünü təmsil edən iki idmançımız da Pekin Olimpiya oyunlarında ölkəmizi təmsil etmək hüququ əldə edibdir.

Məlumat üçün bildirim ki, Afina Olimpiadası ilə müqayisədə MDB dövlətlərinin bir çoxunda, məsələn, Özbəkistanda, Moldovada, Qırğızıstanda, Gürcüstanda Pekin Olimpiadasına qazanılan lisenziyaların sayı xeyli aşağı düşmüşdür.

Bir faktı da xüsusi vurğulamaq lazımdır ki, Afina və Pekin Olimpiya oyunlarına vəsiqə əldə etmək şərtləri heç də eyni olmamışdır. Son Olimpiada üçün bu şərtlər xeyli çətinləşmişdir. Seçmə yarışların sayının və çəki kateqoriyalarının azaldılmasını, yarış qaydalarının tez-tez dəyişdirilməsini nəzərə alsaq, lisenziya qazanmağın nə qədər çətin olduğunu bir daha görərik.

XXIX Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək 44 idmançıdan 12 nəfəri ikinci dəfə Olimpiya oyunlarının iştirakçısı olacaqdır. 32 idmançımız üçün isə Pekin Olimpiadası ilk belə startdır.

Belə göstərici isə bir Olimpiadadan digər Olimpiadaya doğru uğurlarını artıran idmançılarımızın, ümumiyyətlə, idmanımızın güclü potensiala malik olmasından xəbər verir.

Möhtərəm cənab Prezident!

Sizin daim ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olmuş, yüksək nailiyyətlər qazanmış idmançıları qəbul edib, onları qiymətləndirməyiniz hər bir idmançı və məşqçini Azərbaycan idmanına daha böyük əzm və səylə xidmət etməyə ruhlandırır. Təkcə 2008-ci ildə Sizin sərəncamlarınızla Bədən tərbiyəsi və idman günündə 20 nəfər idmançı “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi”, 3 nəfər idman jurnalisti “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülmüş, 5 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilmişdir.

Son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər təkcə idmançılar deyil, bütün ölkə vətəndaşları tərəfindən də rəğbətlə qarşılanır. Hazırda ölkəmizdə 13 olimpiya idman kompleksi fəaliyyət göstərir. Bu ilin sonunda və növbəti illərdə daha 23 olimpiya idman kompleksi idmançıların və gənclərin istifadəsinə veriləcəkdir.

Son illərdə ölkədə tikilib istifadəyə verilən və geniş bir şəbəkəni əhatə edən bu idman qurğuları idman sahəsində nəticələrimizin ildən-ilə artmasına, bədən tərbiyəsinin kütləvi inkişafına, olimpiadaya hazırlıq işinin sürətləndirilməsinə şərait yaratmışdır. Elə bunun nəticəsidir ki, indi olimpiya yığma komandamızın tərkibində ölkəmizi təkcə Bakı şəhərinin deyil, həm də Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, İmişli kimi rayon və şəhərlərimizin də idmançıları təmsil edəcəklər.

Son illər Bakıda keçirilən beynəlxalq səviyyəli rəsmi idman tədbirlərinin sayının artması, ölkəmizdə idmana olan diqqət və qayğının nəticəsi olmaqla yanaşı, eyni zamanda, Bakı şəhərinin dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilməsinin bariz nümunəsidir. Belə ki, 2007-ci ildə respublikamızda 36 beynəlxalq yarış təşkil olunmuşdur. Cari ilin 7 ayı ərzində isə artıq 18 beynəlxalq yarışa ev sahibliyi etmişik.

Ölkəmizin tarixində ilk dəfə olaraq, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması əlamətdar hadisə olmuşdur. Azərbaycanın iqtisadi potensialının güclənməsi, maliyyə imkanlarının artması bizə imkan vermişdir ki, dünyada ən böyük idman tədbiri olan və nəhəng təşkilatçılıq işi tələb edən Olimpiya oyunlarının Bakı şəhərində keçirilməsi uğrunda mübarizəyə qoşulaq. Bakı şəhəri namizəd şəhər mərhələsini keçə bilməsə də, iddiaçı şəhər mərhələsində böyük iş aparılmışdır. İnanırıq ki, bu sahədə qazanılan təcrübə gələcək olimpiadaların keçirilməsi uğrunda mübarizədə öz sözünü deyəcəkdir.

Möhtərəm cənab Prezident!

İdmanın və olimpiya hərəkatının inkişafında əldə olunmuş uğurlarla yanaşı, bir sıra problemlər də mövcuddur. Hazırlıq prosesinə cəlb olunmuş 18 olimpiya idman növündən yalnız 7-də nəticə əldə olunmamışdır. Güllə atıcılığı, suya tullanma, akademik avarçəkmə, qılıncoynatma, velosiped idmanlarında, komanda oyun növlərində idmançılarımızın lisenziya qazana bilməməsi bu istiqamətdə daha təsirli tədbirlərin həyata keçirilməsini tələb edir.

Son vaxtlar ölkəmizdə akademik avarçəkmə idman növünə xüsusi diqqət göstərilir. Mingəçevirdə yerləşən və təbii imkanları cəhətdən çox əlverişli olan “Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması gələcəkdə bu idman növündə də əsaslı nəticələr olacağına zəmin yaradır.

Yaxın vaxtlarda gimnastika və uzgüçülük komplekslərinin də tikiləcəyini nəzərə alsaq, gələcəkdə idman gimnastikası, suya tullanma, üzgüçülük, su polosu kimi olimpiya idman növlərinin də inkişaf edəcəyini gözləmək olar.

Qeyd etmək lazımdır ki, qadınlardan ibarət otüstü xokkey komandası Bakıda keçirilən lisenziya xarakterli turnirdə uğurla çıxış edərək, Pekin Olimpiadasının bir addımlığında - finalda İspaniya komandasına 2-3 hesabı ilə uduzaraq lisenziya qazana bilməmişdir.

Hörmətli mərasim iştirakçıları!

Artıq XXIX Yay Olimpiya oyunlarında Azərbaycan yığma komandasının iştirakı ilə bağlı bütün hazırlıq işləri başa çatmışdır.

Digər təşkilati məsələlər – akkreditasiya, nəqliyyat, tibbi ləvazimat, idman geyimləri və xüsusi geyimlər kimi məsələlər də həll olunmuşdur. İdman nümayəndə heyətimiz iki qrupda Pekin şəhərinə yola düşəcəkdir. İlk qrup avqustun 6-da, ikinci qrup isə 16-da “Azərbaycan Hava Yolları” QSC-nin xüsusi çarter reysi ilə birbaşa Pekinə gedəcəkdir.

Əlavə olaraq deməliyəm ki, avqustun 10-da keçiriləcək “Azərbaycan günü” adlı tədbirin hazırlıq işləri də başa çatmaqdadır. Bu tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin, bir çox milli olimpiya komitələrinin və beynəlxalq federasiyaların nümayəndələrinin iştirakı gözlənilir.

Qarşıda isə idmançılarımıza Olimpiya oyunlarında layiqincə iştirak etmək - iradə, dözüm, mərdlik və milli qürur hissi nümayiş etdirib qələbə uğrunda mübarizə aparmaq qalır. Hörmətli cənab Prezident, biz onları, Sizin xeyir-duanızla böyük ümidlərlə yola salır və inanırıq ki, onlar bu etimadı doğruldacaq, ölkəmizi layiqincə təmsil edəcək, Vətənə medallarla dönəcəklər.

Diqqətinizə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır