İDMAN
AZƏRBAYCAN PƏHLƏVANLARI İSTANBULDA KEÇİRİLƏN “PREZİDENT TURNİRİNDƏ” İŞTİRAK EDİRLƏR
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 23-də İstanbulda gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə “Prezident turniri” ənənəvi beynəlxalq turnirə start veriləcəkdir.
Yarışda sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycanın yığmasına 8 idmançı cəlb edilmişdir.
Güləşin bu növü uzrə Nicat Muradov (50 kq), Azər Paşayev, Hacı Əliyev (hər ikisi 55 kq), Ağaəli Ramazanov (60 kq), İbrahim Yusifov (66 kq), Pərviz Məmmədov, Zaur Ələkbərov (hər ikisi 74 kq) və Turqay Məmmədov (84 kq) qüvvələrini sınayacaqlar.
Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığmanın tərkibində isə Səid Balabəyov (50 kq), Elçin Mustafayev (55 kq), Elşən Osmanov (60 kq), Nurlan Bağırzadə (66 kq) və Niyaməddin İbrahimov (74 kq) yer almışlar.
Turnirə oktyabrın 26-da yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]