İDMAN


42-ci Ümumdünya Şahmat Olimpiadasında VI turda qarşılaşacaq rəqiblər müəyyənləşib

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də 42-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun görüşləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın əsas millisi Yunanıstan yığması ilə qarşılaşacaq. İkinci komandamız Rumıniya, üçüncü yığmamız isə Qana ilə üz-üzə gələcək.

Olimpiadanın favoritlərindən olan Hindistan yığması Hollandiya, ABŞ milli Ukrayna, Rusiya isə Almaniya komandası ilə görüşəcək. Bundan başqa, Çin-Argentina, Gürcüstan-Çexiya qarşılaşmaları keçiriləcək.

Beş turdan sonra kişilərdən ibarət əsas millimiz 8 xalla doqquzuncu pillədə qərarlaşıb. Eyni xala malik ikinci komandamız 11-ci, üçüncü yığmamız isə 4 xalla 99-cudur.

Turnir cədvəlinə maksimum nəticə göstərən Hollandiya, Ukrayna və Hindistan komandaları başçılıq edir.

Qadınlardan ibarət əsas yığmamızın VI turdakı rəqibi Gürcüstan millisi olacaq. İkinci komandamız Çexiya, üçüncü komandamız isə Çili ilə qarşılaşacaq.

Altıncı turda əsas diqqət Ukrayna-Rusiya görüşünə yönələcək. Favoritlərdən Çin millisi Rumıniya, Hindistan yığması Latviya, ABŞ komandası Türkiyə, Polşa şahmatçıları isə Vyetnam ilə üz-üzə gələcək.

Beş turdan sonra Azərbaycanın qadınlardan ibarət əsas milli komandası 9 xalla beşinci pillədədir. İkinci komandamız 6 xalla 39-cu, üçüncü yığmamız isə 5 xalla 61-ci yeri tutur.

Qadınların mübarizəsində maksimum nəticə göstərən Ukrayna və Rusiya yığmaları ilk iki yeri bölüşdürür. Əsas millimizlə eyni xalı toplayan Rumıniya üçüncü, Çin dördüncüdür.

Qeyd edək ki, sentyabrın 7-si Olimpiadada istirahət günüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.