İDMAN
QADIN GÜLƏŞÇİLƏR KİYEVDƏ TƏLİM–MƏŞQ TOPLANIŞINDADIRLAR
Bakı, 12 fevral (AZƏRTAC). Azərbaycanın güləş üzrə qadınlardan ibarət yığma komandası Kiyevdə təlim–məşq toplanışındadır.
Gənclər və İdman Nazirliyindən bildirmişlər ki, idmançıların texniki-taktiki hazırlıq və texniki-taktiki təkmilləşmənin inkişafına yönələn hazırlıq prosesində Əminə Abbasova (48 kq), Mariya Stadnik (48 kq), Nadya Qradyuk (55 kq), Yelena Komarova (55 kq), Sona Əhmədova (59 kq), Elvira Mürsəlova (59 kq), Olesya Zamula (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq), Dina İvanova (72 kq) iştirak edir. Toplanışlar fevralın 20-dək davam edəcəkdir.
Azərbaycanın sərbəst güləş üzrə kişilərdən ibarət yığma komandası təlim–məşq toplanışlarını Bakıda “Crescent Beach” mehmanxansında keçirir. Hazırlıq prosesinə 18 nəfər idmançı qatılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]