İDMAN
AZƏRBAYCAN KOMANDASI YUNAN-ROMA GÜLƏŞİ ÜZRƏ YARIŞLARDA 2 QIZIL, 1 GÜMÜŞ VƏ 4 BÜRÜNC MEDAL QAZANMIŞDIR
Bakı, 17 iyul (AZƏRTAC). Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq “Qızıl Qran-pri” turnirinin yunan-Roma güləşi üzrə yarışları başa çatmışdır. Azərbaycan pəhləvanları 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmışlar.
Fərid Mansurov (66 kq) finalda iranlı Byabangard Afşini, Rafiq Hüseynov (74 kq) isə həlledici görüşdə Özbəkistan təmsilçisi Caxongir Muminovu məğlub etmişlər. Vitali Rəhimov (60 kq) həlledici görüşdə rusiyalı Aslan Abdullinə uduzmuşdur.
Azərbaycan güləşçilərindən Rövşən Bayramov (55 kq), Sakit Cəlilov (60 kq), Emin Əhmədov (66 kq) və Denis Mişin (96 kq) bürünc medallar qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]