REGİONLAR


4,87 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xəritə əsaslı coğrafi informasiya sisteminə daxil edilib

Bakı, 14 may, AZƏRTAC

“Elektron kənd təsərrüfatı” sisteminin proqram təminatı yaradılıb, kənd təsərrüfatı sahələrinə dair qrafik məlumatlar coğrafi informasiya sisteminə daxil edilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarəetmədə şəffaflığın və səmərəliliyin artırılmasının mühüm vasitəsi kimi elektron hökumətin genişləndirilməsi siyasətinə əsasən, ölkəmizdə Avropa təcrübəsinə uyğun “İnteqrasiya olunmuş nəzarət sistemi” (İACS) prinsiplərinə əsaslanan “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması istiqamətində qısa müddətdə genişmiqyaslı işlər görülüb. Beynəlxalq ekspertləri cəlb etməklə müvafiq proqram təminatının yaradılması işi başa çatdırılıb, 4,87 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaqlar, o cümlədən 1,59 milyon hektar əkin, 104 min hektar çoxillik bağlar, 1,60 milyon hektar otlaq və digər kənd təsərrüfatı sahələrinə dair qrafik məlumatlar Avropa standartlarına uyğun keyfiyyətdə hazırlanaraq, xəritə əsaslı coğrafi informasiya sisteminə daxil edilib. Eyni zamanda, “Azersky” peykinin təsvirləri əsasında “məsafədən ayırdetmə” texnologiyalarından istifadə etməklə bitki örtüyü, məhsuldarlığın hesablanması, torpağın münbitlik vəziyyəti və s. məsələlərlə bağlı “Azərkosmos” ASC ilə müvafiq işlər aparılır və seçilmiş pilot ərazilərdə testlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.