TARİXDƏ BU GÜN


4 AVQUST

A+ A

1783-cü il. Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı) çar Rusiyasının himayəsinə keçməsi barədə Georgiyevsk traktatı imzalanıb. Sənədə əsasən, gürcü çarlığının tərkibində tarixi Azərbaycan torpaqları (Borçalı, Şəmsəddil və sair) da Rusiyanın faktiki nəzarətinə keçib. Gürcü çarı II İrakli ilə Rusiyanın Qafqaz ekspedisiya korpusunun rəhbəri general Potyomkin tərəfindən imzalanan anlaşmaya görə, Rusiya Gürcüstanı Türkiyə (Osmanlı) və İranın hücumlarından qorumaq barədə öhdəlik götürüb. Georgiyevsk anlaşması 1801-ci ildə Gürcüstanın Rusiyaya birləşdirilməsi üçün əsas olub.
1914-cü il. Birinci Dünya müharibəsi ərəfəsində Almaniya Belçika torpaqlarına soxulub.
1918–ci il. General Denstervilin komandanlıq etdiyi ingilis hərbi qüvvələrinin ilk dəstəsi Bakıya gəlib. Bakıda hakimiyyəti ələ almış eser-menşevik və daşnak “Sentrokaspi diktaturası” Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Qafqaz İslam Ordusunun Bakıya hücumunun qarşısını almaq üçün İrandakı ingilis qoşunlarını köməyə çağırıb. Ənzəli limanından yola çıxan ingilis desantının əsas hissəsi avqustun 9-17-də Bakı limanına yan alıb.
1992–ci il. Azərbaycan Respublikası ilə Portuqaliya arasında diplomatik münasibətlər qurulub. Portuqaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 7-də tanıyıb.
1940-cı il. Latviya SSRİ-yə birləşdirilib.
1961-ci il. Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti Barak Obama anadan olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
03.12.2016 [09:00]
02.12.2016 [09:00]
01.12.2016 [09:00]
30.11.2016 [09:00]