TARİXDƏ BU GÜN


4 SENTYABR

A+ A

1975-ci il. " Çto? Qde? Koqda?" verilişinin ilk televiziya buraxılışı olub. Oyun tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən yaradılıb. "Çto? Qde? Koqda?" oyunu Azərbaycanda da geniş yayılıb. Ölkədə mütəmadi olaraq Azərbaycan çempionatı və beynəlxalq yarışlar təşkil edilir. Oyun üzrə ilk üç Dünya çempionatı və Millətlər Kuboku məhz Bakıda keçirilib.
2003-cü il. Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə vəfat edib (1921-2003). Ədəbi fəaliyyətə 16 yaşında başlayan yazıçının ilk kitabı 1948-ci ildə çap edilib, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunaraq yandırılıb. Əzizə xanım tarixi mövzuda yazılmış bir sıra əsərlərin müəllifidir. "Aləmdə səsim var mənim", "Vətənə qayıt", "Yad et məni", "Eldən elə", "Bir səsin faciəsi", "Gülüstan"dan öncə" və digər əsərləri bu silsilədəndir. O, müstəqil Azərbaycanın ali mükafatı – "Şöhrət" ordeni ilə təltif edilib.
1957-ci il. TU-104 markalı reaktiv təyyarə ilə ilk Moskva – Nyu-York aviareysi həyata keçirilib.
1998-ci il. "Google" şirkətinin əsası qoyulub. “Google”un tarixi 1996-cı ilin yanvarından başlayır. Həmin il Kaliforniyadakı Stenford Universitetinin doktoranturasında təhsil alan tələbələr Larry Page və Sergey Brin tərəfindən tədqiqat layihəsi çərçivəsində axtarış saytı hazırlanıb. Ənənəvi axtarış sistemləri axtarılan sözlərin hansı saytda neçə dəfə işlədilməsini əsas götürürdüsə, yeni axtarış sistemi saytlar arasındakı əlaqəni analiz edirdi. Məqsəd böyük məlumat şəbəkəsi olan internetdə axtarılanları daha asan tapmaq idi. Tələbələr bunun üçün yeni bir texnologiya yaratdılar və qısa zamanda populyarlıq qazandı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
04.12.2016 [09:00]
03.12.2016 [09:00]
02.12.2016 [09:00]
01.12.2016 [09:00]