TARİXDƏ BU GÜN


4 YANVAR

1643-cü il. Tanınmış ingilis fiziki, riyaziyyatçısı, astronomu və filosofu İsaak Nyuton anadan olub (1643-1727). Elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafinda İsaak Nyutonun böyük rolu olub. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil edən İsaak Nyutonun məşhur əsərlərindən biri də “Natural fəlsəfənin riyazi başlanğıcı” əsəridir.
1885-ci il. Həkim Uilyam Qrant xəstə Mariya Qartsayd üzərində dünyada ilk appendisit əməliyyatını həyata keçirib.
1959-cu il. SSRİ-nin "Luna-1" kosmik gəmisi Ay ətrafına çatan ilk kosmik aparat olur.
2007-ci il. ABŞ Konqresinin 110-cu çağırışında Nümayəndələr Palatasının sədri vəzifəsinə ilk dəfə olaraq qadın - Nansi Pelosi seçilib.
2010-cu il. Dubayda dünyanın ən hündür göydələni olan "Burc Xəlifə"nin açılışı olub. Hündürlüyü 829,8 metr olan bina 154 mərtəbədən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri
28.02.2017 [09:00]
27.02.2017 [09:00]
26.02.2017 [09:00]
25.02.2017 [09:00]