İDMAN
4 DEKABR
1931-ci il. Tanınmış neftçi, qazma ustası, Sosialist Əməyi Qəhrəmanı İsrafil Hüseynovun doğum günüdür (1931-1986). “Azərbaycanın neft ustası”, “SSRİ-nin fəxri neftçisi” fəxri adlarına layiq görülən İsrafil Hüseynovun adı Xəzərdə yeni neft rayonunun mənimsənilməsi ilə bağlıdır. Neft Daşlarının bir neçə kilometrliyində, Xəzərin dərinliyində tikilmiş stasionar platformalarda ilk quyuları İsrafil Hüseynovun briqadası qazıb. Həmçinin hazırda fəaliyyətdə olan 28 May adına yatağın işlənilməsinin əsasını da onun briqadası qoyub. Xəzər dənizində ən nəhəng borudüzən gəmi tanınmış neftçinin adını daşıyır. | |
1922-ci il. Misirdə firon Tutanxamonun məzarı ictimaiyyətə açıq elan edilib. İngilis arxeoloqları tərəfindən kəşf olunub. Onun mumiyalanmış cəsədi bu günədək ciddi zədə almadan qalıb və Misirdə Fironlar vadisi Luksorda şüşə sərdabədə saxlanılır. Fironun məzarı aşkar edilərkən oradan 1 ton 200 kiloqram qızıl tapılıb. Tutanxamonun üz maskası və ona məxsus digər qiymətli əşyalar Qahirədəki Misirşünaslıq muzeyində sərgilənir. | |
1974-cü il. Şri-Lankanın Maskeli şəhərində “DC-8” tipli təyyarənin qəzaya uğraması nəticəsində 191 nəfər həyatını itirib. Təyyarə Kolomboda Anjimalay dağına çırpılıb. |