REGİONLAR


500 iştirakçı və 350 növ dolma - Beynəlxalq dolma festivalından FOTOREPORTAJ

Xaçmaz, 15 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 15-də Xaçmazda II Beynəlxalq dolma festivalı təşkil olunub. Festivala 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çox iştirakçı qatılıb.

Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən 350 növ dolma sərgilənib.

Beynəlxalq festivalda Azərbaycan ilə yanaşı, İndoneziya, Özbəkistan, Çin, Cənubi Koreya, Türkiyə, Ukrayna, Meksika və başqa ölkələrin də milli mətbəxlərinin yeməkləri nümayiş olunub.

AZƏRTAC II Beynəlxalq dolma festivalından fotoreportajı təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.