MƏDƏNİYYƏT
Azərbaycan təmsilçilərinin “Eurovision-2011”-də ifa edəcəkləri mahnının adı martın 13-də məlum olacaqdır
Bakı, 11 mart (AZƏRTAC). Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camalın ifa edəcəkləri mahnının adı bu günlərdə açıqlanacaqdır.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) AZƏRTAC-a bildirmişlər ki, artıq mahnılar arasından seçim başa çatmaq üzrədir. Ötən illərdə olduğu kimi, bu il üçün də Azərbaycanın “Eurovision-2011”-də ifa olunacaq mahnısının seçimində milli münsiflərlə yanaşı, xarici ekspertlərin də rəyi nəzərə alınacaqdır. Təmsilçilərimizin ifa edəcəkləri mahnının martın 13-dək seçiləcəyi nəzərdə tutulmuşdur. Son mərhələdə mütəxəssislər 10-a yaxın mahnı arasından seçimlərini davam etdirirlər.
Azərbaycan təmsilçilərinin bu müsabiqədə ifa etməsi üçün yerli bəstəkarlarla yanaşı, dünyanın bir sıra ölkələrindən müəlliflər əsərlərini İTV-yə göndərmişlər. Mütəxəssislərə “Eurovision-2011” müsabiqəsində Azərbaycan adından səslənməsi üçün təqribən 60-dan artıq mahnı təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]