CƏMİYYƏT


522 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb

A+ A

Bakı, 20 dekabr, AZƏRTAC 

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sadıxlı” gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olub-olmadığı barədə qanunvericiliyə uyğun olaraq şifahi sorğu-sual edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Həmin şəxs gömrükçüləri yanıltmağa çalışsa da, avtomobilə keçirilən gömrük baxışı gömrük əməkdaşlarının şübhələrini təsdiqləyib.

Belə ki, avtomobilin salonunda, yanacaq çəninin içərisində xüsusi düzəldilən saxlanc yerlərindən və arxa oturacağının altından 314 ədəd “ZHT”, 110 ədəd “Nokia”, 23 ədəd “H-mobile” və 75 ədəd “Duos” markalı telefonlar, 250 ədəd adapter,140 ədəd qulaqcıq, 240 ədəd batareya aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.