Ağdamda yeni arxeoloji tapıntılar aşkar edilmişdir
Ağdam, 2 sentyabr (AZƏRTAC). Ağdam rayonu ərazisində aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov AZƏRTAC-a bildirmişdir ki, cəbhə bölgəsindəki arxeoloji abidələrin yoxlanılması və yeni materialların aşkar edilməsi məqsədilə aparılan kəşfiyyat işləri zamanı Ağdam rayonunun Kəlbə Hüseynli kəndində neolit və eneolit dövrlərinə (bizim eradan əvvəl VI-V minilliklər) aid təsərrüfat binası və burada yerə basdırılmış 6 küp aşkarlanmışdır. Küplərin diametri 1,5 metrə, hündürlüyü 2 metrə, divarının qalınlığı 2 santimetrə çatır.
Professor Hidayət Cəfərov deyir ki, bu cür tapıntıya ilk dəfə 1980-ci illərdə görkəmli arxeoloq İdeal Nərimanov tərəfindən İlanlıtəpə arxeoloji abidəsində aparılan tədqiqat zamanı rast gəlinmişdir.
Qarabağ bölgəsində Azərbaycan arxeoloqlarının səyi ilə paleolit, eneolit, tunc, dəmir dövrlərinə, habelə antik və orta əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq beynəlxalq elmi ictimaiyyətə çatdırılmışdır. Bütün bunlar ərazidə yaşayışın davamlı olaraq mövcudluğunu göstərir.
Qarabağda aparılan arxeoloji qazıntılar həm qədim tariximizin öyrənilməsi, həm də Qarabağ tarixini özününküləşdirməyə çalışan ermənilərə cavab baxımından əhəmiyyətlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.02.2026 [21:54]
“Dastan” brendinin yeni kolleksiyasının təqdimatı keçirilib
- 13.02.2026 [20:16]
Praqadakı Azərbaycan Mədəniyyət Evində ədəbi axşam təşkil olunub
- 13.02.2026 [19:11]
Fuad Nəsirov: Yaradıcılığımın əsas xətti emosiya və milli motivlərdir
- 13.02.2026 [18:36]
“İncəsənət müəllimlərinin qış məktəbi” başlayıb
- 13.02.2026 [18:17]
Azərbaycan mətbəxi Kolumbiyada təqdim olunub
- 13.02.2026 [15:55]
“Baxın kölgəsində” adlı möhtəşəm konsert proqramı təqdim olunub
- 13.02.2026 [15:32]