İQTİSADİYYAT
53 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınıb
Bakı, 26 iyul, AZƏRTAC
Bakı şəhərinin və Abşeron rayonunun ayrı-ayrı ünvanlarında yerləşən çoxmənzilli binalarda yaradılan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) sayı artır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artıq 53 MMMC Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin, formalaşmaqda olan yeni münasibətlərin, habelə mənzil fondunun idarə olunmasında yeni üsulların tətbiqi istiqamətində maarifləndirmə və təbliğat işləri aparılır, yerli icra hakimiyyəti orqanları və bələdiyyə nümayəndələrinin, sahə mülkiyyətçilərinin iştirakı ilə tədbirlər təşkil edilir, mənzil mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir.
Çoxmənzilli binalarda MMMC-lərin yaradılmasının dəstəklənməsi istiqamətində işlər davam etdirilir.